• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    20 noyabr 2018-ci

    20 noyabr 2018-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Kiçik zalında “Solo oxuma və opera hazırlığı” kafedrasının müəllimi, əməkdar artist, beynəlxalq müsabiqələr laureatı İlham Nəzərovun açıq dərsi keçirilib.

    Qeyd edək ki, BMA-da ilk dəfə estrada ifaçılığı üzrə tədris məhz İlham Nəzərova həvalə olunub. Açıq dərs zamanı Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 1-ci kurs tələbələri Emil İsmayılov-F.Handelin "Scipione" operasından Scipionenin reçitativ və ariasını, E.Qriqin "Günəşin batışı" romansını, Sübhan Rüstəmov - Səid Rüstəmovun "Haralısan" və Emin Sabitoğlunun "Bu gecə" mahnısını, Mədinə Mirzəyeva-S.Rüstəmovun "Ana", F.Abtın "№5 vokalizini", Günel Binnətli isə T.Quliyevin "Qızların mahnısı" və S.Rüstəmovun "Getmə" adlı mahnıları ilə çıxış ediblər. Vokal texnikası, səsin düzgün məcrada yönləndirilməsi, nəfəsin ifa zamanı düzgün alınması, tələffüz problemləri, ariyalarda reçitativin səlist ifası İlham Nəzərovun dərs zamanı toxunduğu əsas məsələ olub. BMA nın Tədris işləri üzrə Birinci prorektoru, professor, pedaqoji elmlər namizədi, Əməkdar müəllim Nərminə Quliyeva, "Solo oxuma və opera hazırlığı "kafedrasının rəhbəri Xalq artisti, Professor, Xuraman Qasımova, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi, Professor, Zümrüd Dadaşzadə və başqa Xalq artistləri, professorlar keçirilən dərsin izləyicisi olublar.