• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    17 noyabr 2018-ci

    Üzeyir Hacıbəyli adina Bakı Musiqi Akademiyasının dosenti Axundzadə Rufət 17 noyabr tarixində Bülbül adına orta ixtisas musiqi məktəbinin truba ixtisası üzrə şagirdləri ilə ustad dərsi keçib.

    Burada Bülbül adına orta ixtisas musiqi məktəbinin müəllim və şagird kollektivi iştirak edib.

    Truba alətinin daha sərbəst və düzgün ifası üçün bir sıra cihazlar mövcuddur və bu cihazlar ilk dəfə Azərbaycana Axundzadə Rufət tərəfindən gətirilib. Həmin cihazlar vasitəsiylə nəfəsin düzgün tənzimlənməsi və ələtsiz nəfəs üzərində məşqlərin aparılmasına nail olmaq mümkün olur. Bu cihazlarla istifadə qaydası dərsdə iştirak edən şagirdlərlə birgə tətbiq olunub.Bütünlükdə ustad dərsi məktəbin müəllim və şagirdlərinin çox böyük marağına səbəb olmuşdur.