• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    14-24 noyabr 2018-ci

    14-24 noyabr 2018-ci il tarixlərində Kurmanqazı adına Qazaxıstan Milli Konservatoriyasının Magistr II kurs tələbələri Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təcrübə keçməkdə davam edirlər.

    Bu müddət ərzində tələbələr ixtisas, kamera ansamblı, konsertmeyster ustalığı, nəzəri dərslərdə və təşkil olunan ustad dərslərində iştirak edirlər.

    Belə ki, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Q.Qarayev adına Konfrans zalında Anton Somovun “Rəqəmsal konsept yeni dövr musiqi kompozisiyasının əsası kimi” adlı dissertasiya işi mövzusunda təşkil olunmuş təqdimat keçirilmişdir. Təqdimatda BMA-nın professor-müəllim heyəti və tələbələr iştirak etmişdir.

    Ardınca Qazaxıstan Konservatoriyasının tələbələrinin Məktəb-Studiyanın müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İmina Əliyevanın müasir musiqi ilə bağlı mühazirəsində iştirakı baş tutmuşdur. Mühazirədə tələbələrlə yanaşı Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professor-müəllim heyətinin üzvləri də yaxından iştirak etmişdir.

    Qazaxıstan Konservatoriyasının xor-dirijorluq kafedrasının elmi təcrübə keçən tələbələrinin BMA-nın professoru Leyla Məmmədovanın sinfində dərs prosesi baş tutmuşdur.

    Tələbələr eyni zamanda Bakı şəhərini gəzərək H.Əliyev mərkəzi, Xalça muzeyi, Bayraq meydanı, İçəri şəhər, Şəhidlər Xiyabanı ilə yaxından tanış olmuşlar.