• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    15-16 noyab 2018-ci

    15-16 noyabr 2018-ci il tarixində Zsolt-Tihamor Visontay Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Qara Qarayev adına Konfrans Zalında BMA-nın İfaçılıq fakültəsinin tələbələrinə ustad dərsləri keçib.


    Zsolt-Tihamor Visontay tərəfindən keçirilən ustad dərsdə Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri Aslanlı Nəzrin - H.Venyavski “Orijinal mövzu” ya variasiyalar, Mustafayev Osman- Sibelius- Konsert I hissə, Əzimova Çinarə- İ.S.Bax Sonata №1 Sisiliana, Novruzova Turanə- İzai Sonata №2 I hissə, Hüseynzadə Nərgiz- Sibelius “Mazurka”, Əliyeva Zərrin- Milstein “Paqaniniana”, Abubəkirova Renata İ. S.Bax-Sonata №2 Adajio, Abbaszadə Fəridə- Veraçini “Sonata”, Kərimli Qəmər- V.A.Mosart –Konsert №4 I hissə, Məmmədova Səbinə- İzai-Sonata №3, İbrahimova Aytən- Brams- Konsert I hissə, Əskərova Nigar- H.Venyavski-Polonez I, Ələkbərli Günel- N.Paqanini-Kapris №16, K.Sen-Sans-İntroduksiya və Rondo Kapriççiozo, Abdullayeva Aysel- N.Paqanini-Kapris №21, P.Çaykovski-Melodiya, Abaszadə Zahid- H. Venyavski- Kapris , Nəcəfova Gülnar –A.Vivaldi-Violino üçün ikili Konsert əsərlərini ifa ediblər.

    Tələbələrin müraciət etdiyi musiqi repertuarı çox geniş olub. Buna baxmayaraq Zsolt-Tihamor Visontay əsərlərin üzərində ifaçılıq xüsusiyyətlərini, çətinlikləri, ştrixlər üzərində çalışaraq tələbələr üçün məsləhətli fikirlərini çatdırıb.

    Ustad dərsləri dinləyici auditoriyası tərəfindən böyük maraqla qarşılanıb.

    Qeyd edək ki, bir sıra beynəlxalq müsabiqələr laureatı Zsolt-Tihamor Visontay 2005-ci ildə Avropa İttifaqının Gənclər Orkestrinin lideri, 2006-cı ildə isə Altenburg-Gera Filarmonik Orkestrinin konsertmeysteri seçilmişdir. Mütəmadi olaraq Mozartsaal, Vyana; Sall Gaveau, Paris; Wigmore Hall, London kimi konsert salonlarında çıxış edir.