• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    1 noyabr 2018-ci

    Bakı Musiqi Akademiyasının tərəfindən Bakı Musiqi məktəbləri üçün təşkil olunmuş metodoloji ustad dərsləri haqqında məlumat

    1 noyabr 2018 – ci ilə tarixində Fikrət Əmirov adına 6 nömrəli onbirillik incəsənət məktəbində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Musiqi nəzəriyyəsi” kafedrasının dosenti, sənətşünaslıq namizədi Məmmədova Dilbər Məmməd qızının Solfecio fənnindən ustad dərsi keçirilmişdir. Dərsin mövzusu: “Musiqi imlası üzərində iş növləri” idi.
    Dərsin tərkibi iki hissədən ibarət idi: 1. Başlanğıc hissə - Solfecio fənni haqqında ümumi metodoloji qeydlər və imla növlərinin haqqında məlumat verilmişdir; 2. İmla yazılışının hazırlıq mərhələsi məşğələlərin növləri göstərilməsi - ustad dərsinin əsas məqsədi idi.
    İmla yazılışının hazırlıq mərhələsinin təqdimatında yeddi imla növü əsasında şagirdlərlə təcrübi məşğələlər aparılıb.
    İmla yazılışının hazırlıq mərhələsinin yeddi növü bunlar idi:
    1. Musiqili krasvord
    2. “Dirijor vərdişi”
    3. “Boş xanələr”
    4. Səsin istiqaməti
    5. Verilən səslərin əsasında imla (seçilmiş 3,4 və 5 not əsasında və verilmiş uzunluqlar əsasında imla).
    6. Müəllimin səsindən imla
    7. Tanış melodiyalarının əsasında imla (Azərbaycan himnin melodiyasından fraqment)
    Bildiyimiz kimi hər solfecio dərsində 10 dəqiqə imlanın yazılışına həsr olunmalıdır. Bu ustaq dərsinin tərkibində dövlət tərəfindən bir solfecio dərsi ərzində (1 saat 10 dəqiqə) yeddi imla nümunəsi şagirdlərlə yazılmışdır. Ustad dərsində Fikrət Əmirov adına 6 nömrəli onbirillik incəsənət məktəbinin 12 şagirdi imlaların yazılışında aktiv işləyib, yüksək mənimsəmə nəticələri göstərdilər.