• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    11-12 oktyabr 2018-ci

    11-12 oktyabr 2018-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Kamera ansamblı və Fortepiano fakültəsinin tələbələrinə Aleksandr Zeylikoviç Bonduranskiy tərəfindən ustadlıq dərsləri keçirilib.

    Ustadlıq dərsində SSRİ və Azərbaycanın Xalq artisti, Professor, BMA-nın rektoru Fərhad Bədəlbəyli, Xalq artisti, Professor, BMA-nın Beynəlxalq Əlaqələr üzrə prorektoru Yeganə Axundova, Əməkdar müəllim, pedaqoji elmlər namizədi, BMA-nın Tədris işləri üzrə prorektoru Nərminə Quliyeva iştirak ediblər. İlk öncə rektor tələbələrə professoru təqdim edərək bildirib ki, Aleksandr Zeylikoviç Bonduranskiy – sovet və rus pianisti, “Moskva Trio”sunun üzvü, P.İ.Çaykovski adına Moskva Konservatoriyasının professoru, sənətşünaslıq namizədi, Rusiya Federasiyasının Xalq Artistidir. 1962-ci ildən aktiv konsert fəaliyyəti ilə məşğuldur. Bir sıra beynəlxalq müsabiqələrin laureatıdır. Bundan əlavə, musiqi xadimlərinin Beynəlxalq İttifaqının nəznində Kamera musiqisi Assosiasiyasının prezidenti və Moskva musiqiçilər ittifaqının İdarə heyətinin üzvüdür.

    Ustad dərslərində tələbələrin ifasında bir sıra əsərlər səsləndirilib. Belə ki, Trio: Manafzadə Atabala – Fortepiano (IV kurs), İbrahimova Aytən – Skripka (IV kurs), Hüseynov Orxan – Violonçel (III kurs) ifasında D.Şostakoviç – Trio №3 d –moll (1,2 hissələr), Ülviyyə Kazımova və Gülnar Kərimovanın ifasında Q.Anderson “Karmen Fantaziyası”, Hüseynəliyeva Aytən - Fortepiano (IV kurs), Məmmədzadə İsa - Truba (II kurs) ifasında Hindemit “Truba və fortepiano üçün Sonata”, Həsənli Fəqan – Konsertmeyster – S.Raxmaninov “Korelli mövzusuna variasiyalar”, Əmiraslanova Şirin (6 sinif) və Əmiraslanov Nərimanın ifasında R.Şuman “Hərbi marşı” , De Falya “İspan rəqsi”, Ü.Hacıbəyli “Uvertüra”, Hacıyeva Günel (II kurs), Eldarlı Gülnazın (II kurs) ifasında İ.Brams “Macar rəqsi” №4, F.Əmirov “Bagdad bazarı” (1001 gecə baletindən), Mailova Jalə (I kurs), Əhmədzadə Emilin (II kurs) ifasında İ.S.Bax “Passakaliya”, Heydərli Nigar (II kurs) və İsayeva Ceyranın (II kurs) ifasında S.Ramaninovun “2 saylı fortepiano süitasından Tarantella” (2 royal üçün), Kvartet: Nəsirli Fatimə (II kurs), Əmişov Əli (III kurs), Kərimli Əsmər (III kurs), Usubova Züleyxa, İ.Brams “G-moll kvartet”i (1, 2 hissələr), Əlizadə Fuad –Fortepiano (magistr II kurs) F.Şopen “Qrand-polonez”, Məmmədov Səid (magistr I kurs) və Rzayeva Nurayın (magistr I kurs) ifasında E.Qriq “3 saylı Sonata” (I hissə) əsərləri təqdim olunub. Professor dəyərli məsləhətlərini tələbələrlə yaxından bölüşüb. Onlara ifaçılıq texnikasının sirrlərini izah edib.