• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    8-9-10 oktyabr 2018-ci

    8-9-10 oktyabr 2018-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kiçik zalında İspan vokal ifaçısı Luis Yaneza tərəfindən ustad dərsləri keçirilib.

    Ü.Hacıbəyli adına BMA-nın Solo oxuma ixtisasının tələbələri Abdullayeva İslamə (Fidan Qasımovanın sinfi), Cəfərov Urfan (Xuraman Qasımovanın sinfi), Əsgərova Nigar (Xuraman Qasımovanın sinfi), Əliyev Hidayət (Natavan Seyidzadənin sinfi), Həsənova Elmina (Gülnaz İsmayılovanın sinfi), Xosrovzadə Rza (Fidan Qasımovanın sinfi) ustad dərsdə iştirak edərək qədim ariyalar, italiyan və ispan əsərlərini ifa ediblər. Luis Yaneza ifaçılıq texnikasının xüsusiyyətlərini ən incə məqamlarla izah edərək, əsərlərin ifa olunmasına dair dəyərli məsləhətlərini bildirib.

    Qeyd edək ki, Luis Yaneza 1964-cü ildə Turon (Asturias), İspaniyada anadan olmuşdur. İspaniyanın Oviedo Universitetində Musiqişünaslıq üzrə təhsil almışdır. Selia Alvarez Blankonun rəhbərliyi altında Oviedo Konservatoriyasında və Miriam Alio və Manuel Qarsiya Morante kimi müəllimlərlə birgə Barselonada ifaçılıq dərsləri almışdır. Macarıstanın Budapeşt şəhərində Gyula Pfeyfer ilə öz repertuarını hazırlamışdır. Karlo Berqonzi, Elli Amelinq, Alfredo Kraus, Viktoriya de los Anxeles, Xino Beçi və Maqda Olivero tərəfindən öyrədilən sənətkarlıq kurslarında iştirak etmişdir. Alman liedi, Fransız melodiyası, oratoriya, opera, qədim musiqi və kamera musiqisini əhatə edir. Həm qədim, həm də operetta kimi kamera İspan musiqisinə və eyni zamanda müasir musiqiləri də ifa edir.

    İspaniya, Almaniya, Çexiya, Slovakiya, Protuqaliya, İtaliya, Norveç, Danimarka, Fransa, İsveç, Rusiya, Polşa, Litva, Türkiyə və digər Avropa ölkələri, o cümlədən ABŞ, Latın Amerika ölkələrinin əksərində və əksər Afrika ölkələrində konsertlər vermişdir. Avropa və Amerikanın bir çox konservatoriyalarında sənətkarlıq dərsləri keçmişdir. Milanın La Skala və Venesiyanın Levi Fonduna məxsus arxivlərdə musiqişünaslıqla bağlı araşdırmalar həyata keçirmişdir.