• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    15 may 2018-ci

    15 may 2018-ci il Üzeir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 1 saylı Elmi – Tədqiqat laboratoriyasında növbəti seminar baş tutmuşdur.

    Bu dəfə seminarı BMA – nın 2 saylı Elmi – Tədqiqat laboratoriyasının əməkdaşı, ictimai elmlər sahəsində yüksək ixtisaslaşmaya malik mütəxəssis Əli Əliyev keçirmişdir.
    Ə.Əliyev iştirak edənləri özünün “Elmi tədqiqat: məzmunu və strukturu” adlı dərslik vəsaitinin məzmunu ilə tanış etdi. Bu kitabda müəllif elm anlayışı, onun müasir cəmiyyətdə rolu, elmi tədqiqatın strukturu və funksiyaları, elmi tədqiqatın məntiqi və metodologiyası kimi bir sıra mühüm problemləri işıqlandırmışdır. Dərslikdə həmçinin, Elmlər Akademiyası sistemində və Respublikanın Ali məktəblərində elmi kadrların hazırlanması məsələsinə diqqət yetirilmişdir.

    Məruzəçi elmi işlərin növlərini təhlil etmiş, onların təsnifatını vermişdir, strukturunu və elmi referatlara, məqalələrə, magistr və dissertasiya tədqiqatlarına qarşı irəli sürülən əsas tələbləri, o cümlədən, mövzu seçimi, problemin qoyulması, əsas məsələlərin açıqlanması kimi məsələlərdən başlayaraq, müdafiə mərhələsinə qədər tələbləri izah etmişdir.

    Seminarda 1 və 2 saylı laboratoriyaların elmi əməkdaşları, BMA – nın müəllim və tələbələri iştirak etmişdir. Ə. Əliyevin çıxışı hamı tərəfindən böyük diqqətlə dinlənilmişdir. İştirak edənlər Ə.Əliyev tərəfindən təqdim olunmuş materialın yüksək elmi səviyyədə olması barədə yekdil fikir bildirdilər.

    Daha sonra məruzəçi ona verilən sualları ətraflı cavablandırmışdır.

    Bayraməlibəyli Nərminə
    Ü. Hacıbəyli adına BMA – nın baş elmi əməkdaşı
    sənətşünaslıq namizədi