• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    29 may 2018-ci

    Bakı Musiqi Akademiyasında “Şifahi ənənəli Azərbaycan musiqisi və onun yeni istiqamətlərinin tədqiqi” adlı 1№ elmi laboratoriyasında növbəti seminar keçirilmişdir.

    Seminarda sənətşünaslıq üzrə fəlsəfə doktoru, böyük eimi işçi Rzayeva Mehparə “ Müasirlərimiz : Bəstəkar Rüfət Ramazanovun həyat və yaradıcılığına bir nəzər” adlı mühazirəsi ilə çıxış etmişdir. Elmi laboratoriyanın keçirdiyi bu seminarda həmişə olduğu kimi, laboratoriyanın əməkdaşları ilə birgə BMA-nın tələbələri iştirak etmişlər. Xüsusilə də bəstəkarlıq kafedrasının tələbələri üçün, Azərbaycan bəstəkarlıq məktəbinin orta nəslinin nümayəndəsi, Bəstəkarlar İttifaqının idarə heyyətinin üzvü, elmi laboratoriyanın aparıcı elmi işçisi bəstəkar Füfət Ramazanov ilə tanışlıq xüsusi marağa səbəb olmuşdur.

    Mühazirəki Mehparə Rzayeva, bəstəkarın Ulu Öndərimiz Heydər Əliyevə həsr etdiyi “Əsrin Dahisi” simfonik poeması, “Zümzümə”, “Tərzi muğam” və “Zərrələr” kimi əsərləri haqqda ətraflı məlumat verərək, əsərləri tələbələrə dinlətmişdir. Mühazirə tələbələr üçün böyük maraq doğurmuşdur.