21 may 2018-ci
21 may 2018-ci il tarixində Meksika Milli Musiqi Konservatoriyasının pianoçusu, UNAM Musiqi Universitetində piano müəllimi, 2017-ci il 1-ci Beynəlxalq Papantla Piano Festivalında konsert proqramı ilə çıxış etmiş Argentina Duran Fernandezin Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında ustadlıq dərsi keçib.
Ustad dərsdə BMA-nın tələbələri (Rzayeva Nuray-IV kurs, Yesildağ Aydan - I kurs, Hüseynəliyeva Aytən - III kurs, Niftiyev Elxan-II kurs, Əliyev Alp - III kurs) iştirak edərək N.Metner “Faciəvi sonata”, İ.S.Bax “YTK Prelüd və Fuqa” c-moll, F.Mendelson "Rondo-Capriciosso" e-moll, F.Şopen "Ballada" N4 f-moll, F.List "Mefisto Vals", Y.Brams "Intermezzo" op118 №1 əsərləri üzərində işləyiblər.
Ustad dərsdə pianoçu əsərlərin ifaçılıq xüsusiyyətləri araşdırmağa, nəzəri məlumatlar verməyə çalışırdı. Argentina Duran Fernandez tərəfindən aparılan ustad dərsi çox yüksək səviyyədə keçdi, tələbələr və müəllimlər tərəfindən maraqla qarşılandı.