• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    30 aprel - 1 may 2018-ci

    30 aprel - 1 may tarixlərində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Kiçik zalında İtalyan pianist Aldo Ragone tərəfindən ustad dərsləri keçirilib.


    Belə ki, ustad dərslərində Məktəb-studiyanın 3-cü sinif şagirdi Zərin Şükür (Müəllim: Əliverdizadə Nərminə ) - İ.S.Bax. Gavot iz Anqliyskoy Suitı G moll, A. Shmoll. The Wish G moll, H. Reinhold Etud C dur əsərlərini, BMA-nın III kurs tələbəsi Ağayeva Mədinə (müəllim: Axundova Yeganə)- S.Raxmaninov “Musiqili an” № 2 op. 16, es-moll əsərini, Nəcəfquliyeva Kamilla – III kurs (müəllim: Aşumova Samirə) - K.Debüssi “Ballada”, Məmmədova Aytac – II kurs (müəllim: Rüstəmova Afaq) - A.Skryabin “Prelüd” № 1, 3, Həşimli Aytən - II kurs (müəllim: Rüstəmova Afaq) - M.Ravel “Pavanna”, Rzayeva Nuray – IV kurs (müəllim: Aşumova Samirə) - Y.Haydn “Sonata” e-moll. I,II,III hissə, Hüseynəliyeva Aytən III kurs (müəllim: Aşumova Samirə) - F.Mendelson- Rondo-kapriççiozo E-dur, Əliyeva Nərgiz 9-cu sinif - F.Şopen “Concert e-moll” I hissə, Şıxıyev Tofiq – II kurs magistr (müəllim: Bədəlbəyli Fərhad) - F.List Rapsodiya F-dur, Məmmədzadə Əliheydər – 1 kurs, AMK nəznində Musiqi Kolleci (müəllim: Kazımova Ülviyyə) - Skryabin “Prelüd” op 10, no 6, S. Raxmaninov “Etüd” op. 32, no7 (Bethoven Sonata no 5, do minor), Zeynalova Leyla – XI sinif (müəllim: Kəmalə Neymanova) - L.V.Bethoven “Sonata” №18, I hissə, İ.S.Bax YTK “Prelüd və Fuqa” II cild C-dur, G.Ligeti “Etüd – Fanfarlar”, Aslanova Ayan – VIII sinif (müəllim: Kəmalə Neymanova) - L.V.Bethoven “Sonata” № 6 F-dur, I hissə, F.Şopen “Etüd” №5, Ges-dur, F.Şopen “Skertso” № 2, Babayeva Vüsalə - 4 kurs (Müəllim: Quliyeva Nərminə) - Prokofyev Sonata №3, F. Şopen “Qrand-Polonez”, Mirheydərzadə Fidan – 2 kurs (Müəllim: Elnarə Kəbirlinskaya) - F.Şopen Etüd №12, İ.Bax Preludiya Fuqa əsərlərini ifa ediblər.
    Ustad dərsdə göstərilən repertuar çox genişdir. Burada həm klassik, həm romantik, həm də impressionizm üslublu əsərlər təqdim olunmuşdur. Ustad dərsləri dinləyici auditoriyası tərəfindən böyük maraqla qarşılanmışdır.