• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    2 may 2018-ci

    Bakı Musiqi Akademiyasının innovasiyalı layihəsi

    Tələbələr açıq dərs verirlər

    2 may tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında BMA-nın elmi-eksperimental laboratoriyası olan məktəb-studiyanın (direktor – professor Tərlan Seyidov) və “Xüsusi pedaqoji hazırlıq” kafedrasının (kafedra müdiri – dosent Elnarə Məmmədova) birgə layihəsi əsasında təcrübəçi-tələbələrin açıq dərsləri keçirilmişdir. Burada “Xüsusi pedaqoji hazırlıq” kafedrasının müəllim və tələbələri, həmçinin məktəb-studiyanın müəllim və şagirdləri iştirak etmişlər.
    Məktəb-studiya uzun illərdir ki, Bakı Musiqi Akademiyasının bir çox kafedralarının və Mədəniyyət və İncəsənət Universitetinin tələbələrini pedaqoji hazırlıq üzrə məşğələlərlə təmin edən möhkəm bazadır. Tələbələrin məktəb-studiyanın şagirdləri ilə dərsləri – tədris prosesinin misilsiz təcrübi hissəsidir. Təcrübəçi-tələbələrin açıq dərsləri buna sübutdur.
    Bir çox tələbələrin eyni vaxtda pedaqoji nailiyyətlərini nümayiş etdirən, onların işlərinin müqayisəli təhlilini aparmağa imkan yaradan bu kimi tədbirlər – birgə layihənin innovasiyasıdır.
    Burada yenilik prosesi müxtəlif nəsillərin – müəllim, tələbə, şagirdlərin qarşılıqlı zənginləşməsindədir. Açıq dərslərin ab-havası bəzən disputa çevrilir, bəzən isə auditoriya tərəfindən marağa səbəb olaraq, onların müzakirələrdə fəal iştirakına gətirib çıxarır.
    Açıq dərsin ilk iştirakçısı IV kurs tələbəsi, violonçel ifaçısı Rəsul Lətifzadə və məktəb-studiyanın istedadlı X sinif şagirdi Mark Zençenko ilə başladı. Onlar İ.S.Baxın süitasından rəqsləri çox maraqlı və özünəməxsus şəkildə təqdim etdilər. Sonra IV kurs tələbəsi Fəridə Ələkbərli tərəfindən hazırlaşdırılmış kiçik yaşlı arfa ifaçısı, məktəb-studiyanın II sinif şagirdi Cəmilə Səmədli çıxış etdi. Violin ifaçıları da öz çıxışları ilə dinləyiciləri sevindirdilər, xüsusilə IV kurs tələbəsi Elçin Abdullayev tərəfindən hazırlaşdırılmış məktəb-studiyanın çox istedadlı II sinif şagirdi Yusif Məmmədlinin X sinif şagirdi Səriyyə Məmmədovanın müşayiəti ilə ifası da maraqlı idi. Orkestr alətləri fakültəsindən IV kurs tələbəsi Əzizə Rzayeva da çıxış etmişdir. Onun yetirməsi – V sinif şagirdi Fatimə Taptıqova ona dərs deyən təcrübəçi-tələbəsi kimi violində səslənməyi öyrənmək üçün çox səylər göstərdi. Ümid edirik ki, onlar birgə səylər nəticəsində məqsədlərinə nail olacaqlar.
    Pianoçular arasında IV kurs tələbəsi Leyla Məmmədovanın hazırlaşdırdığı məktəb-studiyanın VII sinif şagirid Hüseyn Bədəlbəyli daha yadda qalan oldu. Məktəb-studiyanın ibtidai sinif şagirfləri Nəzrin Abasbəyli, Şahin Mirqasım və Aydan Səlimli ilə dərslərini fortepiano fakültəsinin IV kurs tələbəsi Mehriban Qasımova və II kurs tələbələri Fidan Mirheydərzadə və Fidan Məmmədzadə nümayiş etdirdilər.
    Nəfəs alətlərini fleyta ixtisası üzrə BMA-nın II kurs təcrübəçi-tələbəsi Fərid Əliyev məktəb-studiyanın X sinif şagirdi Fatimə Zamanova ilə, III kurs təcrübəçi-tələbəsi Rəsul Əliyev isə X sinif şagirdi Rəşad Abdullayev ilə təmsil etmişlər. Rəsul Əliyev haqqında xüsusilə qeyd etməliyik ki, o, açıq dərsini H.Əliyev adına Respublika müsabiqəsinin laureatı Rəşad Abdullayev ilə çox maraqlı və savadlı təqdim etmişdir. Sözsüz ki, onların çıxışı gecənin kulminasiyasına çevrilmişdir. III kurs təcrübəçi-tələbəsi Atabala Manafzadənin gənc fleyta ifaçısını ustalıqla müşayəti təəssüratları daha da artırdı. İki təcrübəçi-tələbə və şagird nəinki ifaçılıqda, həm də ciddi komissiyanın suallarına cavablarında öz intellektual hazırlıqlarını nümayiş etdirdilər.
    Zalda əyləşən BMA-nın müxtəlif kafedralarının, məktəb-studiyanın müəllim, tələbə və şagirdləri təcrübəçi-tələbələrin çıxışlarını, onların hazırlaşdırdıqları şagirdlərinin ifalarını diqqətlə və gərginliklə dinlədilər.
    Tərlan Seyidovun pedaqoji ustalıq barədə, dosent Elnarə Məmmədovanın tədrisin metodika və təcrübəsi haqqında, Elmira Mustafayevanın musiqiçinin intellektual inkişaf səviyyəsini yoxlayan suallara çətinliyinə baxmayaraq təcrübəçi-tələbələrin çoxu düzgün və ətraflı cavab verirdilər. Auditoriya da bu muzakirələrdə maraqla iştirak edirdi.
    Əlbəttə ki, açıq dərslərin uğurlu keçməsində təcrübəçi-tələbələrin rəhbərləri – dosentlər Zəhra Qarayeva, Yeganə Tapdıqova, Mədinə Tuayeva, Orxan Zeynallı, müəllimlərdən Nərgiz Əlizadə, Almaz Hüseynova, həmçinin məktəb-studiyanın əməkdar müəllimləri Ayişə Əliyeva və Kamal Paşazadə, müəllimlərindən dosent Gülnarə Quliyeva, Elman Mustafayev və Dilarə Salayevanın öz şagirdlərini yüksək səviyyədə hazırlamaqda böyük rolu olmuşdur.
    Əminik ki, “Xüsusi pedaqoji hazırlıq” kafedrasının və məktəb-studiyanın birgə layihəsi faydalı başlanğıcına görə müvəffəqiyyətlə davam etdiriləcəkdir.


    Məktəb-studiyanın böyük elmi-işçisi
    Elmira MUSTAFAYEVA