• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    7 mart 2018-ci

    7 mart 2018-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Konsert zallarında “I Culture Orchestra” layihəsi çərçivəsində Akademiyaya dəvət olunmuş professorlar Robin O’Nill (nəfəs) və Nataniyel Anderson Frank (simli) BMA tələbələri ilə ustadlıq dərsi keçiriblər.

    BMA-nın professor, müəllim və tələbə heyəti ustad dərslərində yaxından iştirak ediblər.

    Ustad dərsində “Nəfəs və Zərb alətləri” kafedrasının I kurs tələbələri Bağırzadə Səid (klarnet - B. Kovoç, Macar rəqsi mövzusuna variasiya) – müəllim: Anar Məmmədov; Səmədov Seyid (klarnet - M. Arnold, Sonatina) – müəllim: Şükür Səmədov; Cavadvend Xəyalə (fleyta - E. Bozza, Soir plans les montagnes) – müəllim: Müzəffər Ağamalızadə;

    II kurs tələbələri İbrahimov Orxan (klarnet- A.Darqomıjski "Su pərisi" operasından "Su pərisinin rəqsi") - müəllim: Fikrət Məmmədov; Hüseynov Rüstəm (faqot) – müəllim: Əliheydər Paşayev; Məmmədov Kamran (faqot - A.Tansman-Süita, K.M. Veber - Variasiyalar) - müəllim: Əliheydər Paşayev;

    III kurs tələbəsi Hacıyeva Gülnar (faqot - J.Koqan – Skerso, Kisen-sans – “Qu quşu”) – müəllim: İlqar Hacıyev iştirak edərək öz məharətlərini göstəriblər.

    Professor Nataniyel Anderson Frank tərəfindən keçirilən ustad dərsində “Simli alətlər” kafedrasının I kurs tələbələri Mahmudzadə Məmməd – Vitali. Cakona (prof. F.İdyatulinanın sinfi), Əsədova Ləman K.Sen-Sans- “Этюд в форме вальса” (baş müəllim M.Aslanovanın sinfi);

    II kurs tələbələri Novruzova Turanə -L.V.Bethoven –Romans h-moll (prof. Z.Quliyevanın sinfi), Rəsulova Şükufə və Mirqulamlı Xədicə- A.Vivaldi – İkili konsert –I hissə (prof. Z.Quliyevanın sinfi), Rzayev Bahadur –İ.Brams- Skerso (baş müəllim M.Aslanovanın sinfi), Kərimli Qəmər P.Sarasate- İntroduksiya-Tarantella (baş müəllim M.Aslanovanın sinfi) iştirak ediblər.

    Eyni zamanda müxtəlif musiqi məktəblərinin şagirdləri də iştirak ediblər. Onların sırasında Oruc Aşumov G.Venyavski-Skerso Tarantella (baş müəllim M.Aslanovanın sinfi), Liza Kizel C.Tartini – Sonata – “Şeytan trelləri” (prof. F.İdyatulinanın sinfi), Canel Nəcəfli İ.S.Bax – Partita N2 -Sarabanda və Jiqa (prof. F.İdyatulinanın sinfi) çıxış edərək əsərlərini məharətlə səsləndiriblər.

    “I Culture Orchestra” layihəsi çərçivəsində Akademiyaya dəvət olunmuş professorlar Robin O’Nill (nəfəs) və Nataniyel Anderson Frank (simli) təşkil olunmuş ustadlıq dərsi yüksək səviyyədə həyata keçib. Belə ki, professorlar ustad dərslərində əsərlərin təhlilini edərək öz biliklərini tələbələrlə bölüşüblər.