• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    17 dekabr 2017-ci il

    17 dekabr 2017-ci il tarixində Bakı Musiqi Akademiyası nəzdindəki Opera studiyanın konsert salonunda Şən və Hazırcavablar Klubu Azərbaycan Liqası oyunlarının IV mövsümünün Final mərhələsi keçirildi.

    Çıxış edən hər bir komanda olduqca yaxşı hazırlaşmışdı. Gərgin keçən mübarizənin nəticələrinin açıqlanmasında münsiflər heyəti çətin vəziyyətlə qarşılaşdı. Münsiflər heyətini beynəlxalq qrossmeyster, "Maykrosoft Azərbaycan" şirkətinin direktoru Sərxan Həşimov, "1news.az " informasiya nəşrinin baş redaktoru Rəhman Hacıyev, milli yığma komandanın və "QARABAĞ" futbol klubunun futbolçusu Qara Qarayev, bəstəkar və prodüsser İsa Məlikov, Şən və Hazırcavablar Klubu Ən yüksək Liqasının Çempionu olmuş "Bakılı oğlanlar" Şən Hazırcavablar Klubu komandası tərkibində çıxış etmiş Azərbaycanın əməkdar artisti – Murad Dadaşov, həmçinin Şən və Hazırcavablar Azərbaycan Klubunun rəhbəri Rəşad Əzizov təşkil edirdi.

    Tədbir Azərbaycan Gənclər Fondu, Azərbaycan Respublikanın Gənclər və İdman Nazirliyinin dəstəyi və "Zeytun bağları" ticarət markası, Gazelli Group şirkətinin baş sponsorluğu ilə təşkil olunmuşdur.

    Oyunun nəticələrinə görə, üçüncü yeri iki qadın komandası - Bakı Musiqi Akademiyasını təmsil edən "Ekspromt" və Astraxan şəhərindən «Программа Защиты Принцесс» - paylaşdı. İkinci yer də iki kollektiv – "Banqaranq", Azərbaycan Dövlət İqtisadi Universiteti və "160 faiz gülüş", №160 orta gimnaziya – arasında bölüşdürüldü. Birinci yeri münsiflər heyəti yekdilliklə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə təqdim etdi.

    2017-ci il Şən və Hazırcavablar Klubu Azərbaycan Liqasının ümumi mövsüm səs reytinqinə görə (7 ballıq) "Banqaranq", Azərbaycan Dövlət İqtisadi Universiteti lider olsa da, münsiflər heyətinin qərarı əsasında çempion adı "Banqaranq", Azərbaycan Dövlət İqtisadi Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasında bölüşdürüldü. Beləliklə, Soçi şəhərində keçiriləcək yarışda ölkəmizi iki universitetin həmrəy komandası təmsil edəcək.

    Yarışda Bakı Musiqi Akademiyasını “Xor-dirijorluq” ixtisasının II kurs tələbəsi Pirəliyeva Syuzan, “Fortepiano” ixtisasının II kurs tələbələri Hacızadə Suada, Abbaslı Nəzrin, “Orqan” sinfinin II kurs tələbəsi Qafarlı Pərvin, “Nəfəs və zərb alətləri” kafedrasının” II kurs tələbəsi Əliyev Fərid, “Solo oxuma və opera hazırlığı” ixtisasının I kurs tələbəsi Həsənova Elmina, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin I kurs tələbəsi Mustafazadə Rüfət təmsil edirdi.