20 dekabr 2017-ci il
Milli İnternet Mükafatı - Milli Net 2017 qaliblərinin təqdimat mərasimi keçirilib.
20 dekabr tarixdə Boulevard Hoteldə Milli İnternet Mükafatı - Milli Net 2017 qaliblərinin yekun təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimində artıq 9-cı il keçirilən Milli Net 2017 müsabiqəsinin cari il üçün qalibləri elan olunub. Təqdimat mərasimində Milli Net Təşkilat Komitəsi adından AİF- in prezidenti Osman Gündüz çıxış edərək Milli İnternet Mükafatı haqqında və müsabiqə çərçivəsində görülmüş işlər haqqında məlumat verib.
O, Milli Net 2017-da 18 Nominasiya üzrə 392 internet resurs təqdim olunduğunu və onlardan yalnız 291 saytın yarışmaya buraxıldığını bildirib. O, Azərbaycan İnternet Forumu tərəfindən peşəkarlardan ibarət olmaqla formalaşdırılan 23 nəfərlik münsiflər heyətindən 19-nun səsvermədə iştirak etdiyini bildirib. Münsiflər heyəti 2-ci səsvermə prosesində 96 nominant arasından ən yaxşılarını seçdiyini bildirib. Təqdimat mərasiminin açılışında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri Tahir Məmmədov çıxış edərək Azərbaycan internetinin, İKT-nin inkişafında MilliNet yarışmasının önəmli rol oynadığını diqqətə çatdırıb. O, internetin inkişafı ilə bağlı atılan addımların NRYTN tərəfindən hər zaman dəstəkləndiyini diqqətə çatdırıb.
Sonra qaliblərə, 2-ci və 3-cü yer tutanlara Mükafatların, diplomların və hədiyyələrin təqdim edilməsinə start verilib. Mükafatların təqdim edilməsində İnternet ictimaiyyətinin nümayəndələri, İKT sahəsində fəaliyyət göstərən dövlət və özəl sektorun, təhsil müəssisələrinin nümayəndələri, Milli Net təşkilatçıları iştirak edib.
Onlar çıxış edərək Milli Net-in Azərbaycan İnternetinin inkişafında ciddi rol oynadığını və Müsabiqənin davamlı olmasını arzuladıqları bildiriblər.
Təqdimat mərasimində dövlət və özəl sektorun, ictimai təşkilatların və media qurumlarının nümayəndələri, İnternet ictimaiyyətinin çoxsaylı nümayəndələri iştirak edib.
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının http://www.musicacademy.edu.az adlı saytı ilk dəfə iştirak edərək Birinci yerə qalib gəlib.
MilliNet qalibləri
Mədəniyyət, incəsənət və turizm
http://www.musicacademy.edu.az - QALİB
http://www.terratravel.az - II yer
https://travelnews.az/ - III yer
http://jintravel.com
http://fontlar.info/