20 dekabr 2017-ci il
“Tarix-nəzəriyyə” fakültəsinin təşəbbüsü ilə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor, Xalq artisti Fərhad Bədəlbəylinin yubileyi ilə əlaqədar olaraq tələbələr arasında yubilyara həsr olunmuş yazı işi müsabiqəsi təşkil olunmuşdur.
2017-ci il noyabr ayının 1-dən start götürən müsabiqədə müxtəlif ixtisaslı tələbələr – musiqişünas, xor-dirijor, fortepiano, musiqi müəllimliyi – iştirak etmişdirlər. Yazı işləri Bakı Musiqi Akademiyasının professor və müəllim heyəti tərəfindən anonim şəkildə yoxlanılmış və qiymətləndirilmişdir.
20 dekabr 2017-ci il tarixində Fərhad Bədəlbəylinin də iştirak etdiyi tədbirdə müsabiqənin nəticələri açıqlanaraq iştirakçılar mükafatlandırılmışdır. BMA-nın Həmkarlar İttifaqı Komitəsinin (sədr: Əməkdar müəllim, dosent Aqil Qafulov) maliyyə vəsaiti hesabına tələbələrə diplomlar, fəxri fərmanlar, hədiyyələr təqdim edilmişdir.Nəticəyə görə “Musiqişünaslıq” ixtisasının III kurs tələbəsi Seyidova Günel I yer, “Musiqişünaslıq” ixtisasının IV kurs tələbəsi Bağırova Nəcibə II yer, “Xor-dirijorluq” ixtisasının I kurs tələbəsi İmamova Maral isə III yerə layiq görülmüşdür. Bütün iştirakçılar, o cümlədən “Musiqişünaslıq” ixtisasının I kurs tələbələri Hüsüzadə Aytac, Cəbrayılova Saniyə, Səfərli Nərmin, “Musiqi müəllimliyi” ixtisasının I kurs tələbəsi Məlikli Aytac, “Musiqişünaslıq” ixtisasının III kurs tələbəsi Qəhrəmanova Aygün, “Musiqişünaslıq” ixtisasının IV kurs tələbələri Əşrəfzadə Səmral, Ələkbərova Nəcibə, “Fortepiano” ixtisasının IV kurs tələbəsi Hüseynzadə Fidan Fəxri Fərmanla mükafatlandırılmışdılar. Müsabiqə iştirakçılarına mükafat (I yer kubok) və Fərxri Fərmanları Fərhad Bədəlbəyli təqdim etmiş, xatirə şəkli çəkdirmişdir.