• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    20 dekabr 2017-ci il

    20 dekabr 2017-ci il tarixində BMA-nın rektoru, professor  Fərhad Bədəlbəyli iştirak etdiyi tədbirdə Heydər Əliyev Mərkəzində keçirilən “Heydər Əliyev və Azərbaycan tarixi” IV ümumrespublika bilik yarışı haqqında məlumat verib.

    Tədbirdə BMA-nın Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, professor Yeganə Axundova bilik yarışı haqqında məlumat verərək bildirib ki, yarışda hər ali məktəbdən bir komanda olmaqla ümumilikdə 44 komanda mübarizə aparıb. Hər komandada altı əsas və iki ehtiyat iştirakçı olub. Müsabiqə 2 turda keçirilib və hər turda 18 sual səsləndirilib. Qalib komandalar hər tur üzrə qazanılmış xalların cəminə görə müəyyən edilib. Yarışmada Bakı Musiqi Akademiyasını tələbələrdən – Qəhrəmanova Aygün, Seyidova Günel, Məhyəddinli Günay, Sadıqbəyli Tamilla, Süleymanlı Humay, Kərimov Kamran və ehtiyat oyunçular Cavadvend Xəyalə, Şibliyeva Möminat təmsil ediblər.

    Ümumilikdə 44 komanda arasında aparılan mübarizədə 22 yer arasında bölünmüşdür. Bu yarışda Bakı Musiqi Akademiyasının komandasının 8-ci yerə layiq görülüb.

    Tələbələrə BMA-nın Həmkarlar İttifaqı Komitəsinin (sədr: Əməkdar müəllim, dosent Aqil Qafulov) maliyyə vəsaiti hesabına diplomlar, fəxri fərmanlar, hədiyyələr təqdim edilmişdir.