• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    11 dekabr 2017-ci il

    Cövdət Hacıyevin 100 illiyinə həsr olunmuş məktəb-studiyanın innovasiyalı elmi-ifaçılıq müsabiqəsi sona çatdı (layihənin müəllifi – professor Tərlan Seyidov)

    Bakıda Cövdət Hacıyevin anadan olmasının 100 illiyinə həsr olunmuş professor Tərlan Seyidovun innovasiyalı müəllif layihəsi əsasında pianoçuların IV Respublika elmi-ifaçılıq müsabiqəsinə yekun vuruldu.

    Müsabiqə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Uzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məktəb-studiyası tərəfindən təşkil olunmuşdur. Ən kiçik musiqiçilərdən (9 yaş) başlayaraq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Bakı Musiqi Akademiyasının magistr tələbələrinə qədər Azərbaycanın 13 şəhər və rayonlarından – Ağcabədi, Ağdaş, Göygöl, Göyçay, Saatlı, Gəncə, Şəki, Ceyranbatan, Goranboy, Neftçala, Mingəçevir, Sabirabad, Sumqayıt – 59 iştirakçı 3 yaş qrupu üzrə iştirak etmişlər. 2 çox istedadlı pianoçular (8 yaş) müsabiqədən kənar iştirak edərək hər iki tura aid bütöv proqramla çıxış etmışlər. Bu müsabiqənin orijinal layihəsinə görə bütün iştirakçılar I turda ifa etdikləri əsərlər üzrə elmi məruzə ilə çıxış etməli, II turda isə bu əsərləri fortepianoda ifa etməli idilər.

    Maraqli budur ki, qarşıya qoyulmuş belə çətin məqsədlərin ifa səviyyəsi müsabiqədən müsabiqəyə daha da artmış olur. Uşaqlar öz proqramlarını daha dərindən və maraqla təhlil edir, daha professional ifa etməyə çalışırlar. Elmi-ifaçılıq müsabiqələrin əhəmiyyəti və populyarlığı get-gedə artır və bununla da həmin müsabiqələrdə çıxış edən iştirakçıların səviyyəsi də artmış olur. Bu haqda Bakı Musiqi Akademiyasının tədris işləri üzrə prorektoru Nərminə xanım Quliyeva da öz çıxışında qeyd etmişdir. O, hazırki layihədə iştirakçıların elmi hazırlığında mütəmadi məsləhətlər verən məktəb-studiya müəllimlərinin böyük əməyini qeyd etdi.

    SSRİ və Azərbaycanın xalq artisti, BMA-nın rektoru Fərhad Bədəlbəylinin sədrliyi ilə ciddi münsiflər heyəti çıxış etmiş müsiqiçilərdən 11 laureat, 17 diplomant seçmiş oldu. Laureatlar adına layiq görülənlər:

    I yaş qrupu

    1. Əzimli Mədinə Əjdər qızı
    (Bakı, Ə.Bakıxanov adına 6 №-li Uşaq Musiqi Məktəbi, müəl. – L.Useynova, Z.Haşımova)

    2. Məmmədov Əli Hikmət oğlu
    (Bakı, BMA-nın məktəb-studiyası, müəl. – A.Əliyeva, R.Məmmədova)

    3. Allahverdiyeva Nuray Məzahir qızı
    (Ceyranbatan,Uşaq İncəsənət Məktəbi, müəl. – Y.Həsənova, G.Budaqova)

    4. Kərimova Nurel Zaur qızı
    (Bakı, BMA-nın məktəb-studiyası, müəl. – N.Mansurova)

    II yaş qrupu
    LAUREATLAR:

    1. Əliyeva Nərgiz Asif qızı
    (Bakı, Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbi, müəl. – N.Rimazı, E.Pənahova)

    2. Naqornıy Emil Əhməd oğlu
    (Bakı, K.Səfərəliyeva adına 16 №-li Uşaq Musiqi Məktəbi, müəl. – N.Babayeva)

    3. Sərxanova Lamiyə Aslan qızı
    (Bakı, Bülbül adına Orta ixtisas Musiqi Məktəbi, müəl. – Z.Mayılova, S.Səttarova)

    III yaş qrupu
    LAUREATLAR:

    1. Ağayev Rəşad Rövşən oğlu
    (Sumqayıt Musiqi Kolleci, müəl. – T.Əliyeva)

    2. Əliyeva Aytən Mehman qızı
    (Bakı Musiqi Akademiyası, müəl. – S.Aşumova)

    3. İmanova Günel Ramiz qızı
    (Bakı Musiqi Akademiyası, müəl. – N.Rimazi)

    4. Əlizadə Fuad Telman oğlu
    (Bakı Musiqi Akademiyası, müəl. – Y.Axundova)

    Mükafatları onlara professorlar Nərminə Quliyeva, Tərlan Seyidov, Nəzakət Rimazi, Samirə Aşumova təqdim etmışlər. Pianoçuların IV Respublika elmi-ifaçılıq müsabiqəsi laureatların qala konserti ilə yekunlaşdı.

    Elmira MUSTAFAYEVA

    Ü.Hacıbəyli adına BMA-nın
    Orta ixtisas musiqi məktəb-studiyasının
    böyük elmi işçisi

     

    Завершился инновационный научно-исполнительский конкурс школы-студии, посвящённый 100-летию Джевдета Гаджиева (автор проекта – профессор Тарлан Сеидов)

    В Баку подведены итоги авторского инновационного проекта профессора Тарлана Сеидова – IV республиканский научно-исполнительский конкурс пианистов, посвященный 100-летию со дня рождения выдающегося азербайджанского композитора Джевдета Гаджиева.

    Конкурс организован школой-студией Бакинской музыкальной академии имени Узеира Гаджибейли при содействии Министерства культуры и туризма Азербайджанской республики. В нём приняли участие 59 музыкантов из Баку и 13 городов и районов Азербайджана – Агджебеди, Агдаш, Гёй-гёль, Геокчай, Саатлы, Гянджа, Шеки, Джейранбатан, Гёранбой, Нефтечала, Сабирабад, Мингечевир, Сумгаит. Они выступали в трёх возрастных группах: от самых маленьких музыкантов (9 лет) – до студентов и магистров БМА и Университета Искусств. Двое талантливых юных пианистов (8 лет) выступали вне конкурса, представив, однако, полную программу обоих туров. По оригинальному проекту данного конкурса все участники должны были в I туре выступать с научным докладом об исполняемой во II туре программе.

    Интересно отметить, что уровень исполнения столь сложного задания возрастает от конкурса к конкурсу. Ребята все глубже и интереснее анализируют свою программу, все профессиональнее её исполняют. Растёт популярность и несомненная польза научно-исполнительских конкурсов, а вместе с ней повышается и уровень выступления участников. Об этом говорила в своём выступлении и первый проректор БМА профессор Нармина ханум Гулиева. Она подчеркнула огромную работу педагогов школы-студии, регулярно проводивших консультации в научной подготовке участников этого проекта.

    Строгое жюри под председательством ректора БМА, народного артиста СССР и Азербайджана Фархада Бадалбейли отобрало из выступавших музыкантов 11 лауреатов и 17 дипломантов. Лауреатами стали:

    I возрастная группа
    Азимли Медина Аждар кызы
    (Баку, Детская музыкальная школа № 6 имени А.Бaкиxaнoва)
    Мамедов Али Хикмет оглы
    (Баку, школа-студия БМА)
    Аллахвердиева Нурай Мазаир кызы
    (Джейранбатан, Детская школа искусств)
    Керимова Нурэль Заур кызы
    (Баку, школа-студия БМА)

    II возрастная группа
    Алиева Наргиз Асиф кызы
    (Баку, Центральная школа искусств имени К.Караева)
    Нагорный Эмиль Ахмед оглы
    (Баку, Детская музыкальная школа № 16 имени K.Сафаралиевой)
    Сарханова Ламия Аслан кызы
    (Баку, Средняя специальная музыкальная школа имени Бюль-Бюля)

    III возрастная группа
    Агаев Рашад Ровшан оглы
    (Сумгаитский музыкальный колледж)
    Алиева Айтен Мехман кызы,
    (Бакинская музыкальная академия)
    Иманова Гюнель Рамиз кызы,
    (Бакинская музыкальная академия)
    Ализаде Фуад Тельман оглы
    (Бакинская музыкальная академия)

    Награды им вручали профессора Нармина Гулиева, Тарлан Сеидов, Назакет Римази, Самира Ашумова.
    IV республиканский научно-исполнительский конкурс пианистов завершился гала-концертом лауреатов.

    Эльмира Мустафаева