• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    4 dekabr 2017-ci il

    Bakıda Azərbaycanın görkəmli bəstəkarı  Cövdət Hacıyevin 100 illiyinə həsr olunmuş  pianoçuların IV respublika elmi-ifaçılıq müsabiqəsinə start verildi.

    Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında 4 dekabr 2017-ci il tarixində Cövdət Hacıyevin anadan olmasının 100-illiyinə həsr olunmuş pianoçuların IV Respublika elmi-ifaçılıq müsabiqənin açılışı oldu.

    Müsabiqədə Azərbaycanın 12 şəhər və rayonundan 60-a yaxın iştirak edəcək . BMA və onun eksperimental məktəb-studiyasının yaradıcısı və direktoru, professor Tərlan Seyidovun müəllif layihəsi əsasında keçirilən müsabiqənin özəlliyi ondan ibarətdir ki, iştirakçılar nəinki fortepianoda əsərlər ifa edir, həmçinin, bu əsərlər haqqında məruzə edirlər.

    Elmi-ifaçılıq müsabiqəsinin əsas məqsədi görkəmli Azərbaycan bəstəkarı Cövdət Hacıyevin yaradıcılığının dərindən öyrənilməsi vasitəsilə təbliği, musiqinin məzmununun əhəmiyyətinin başa düşülməsi, təcrübənin ifaçılıq nəzəriyyəsi ilə əlaqələndirilməsi, müəllimlərin professional biliklərinin təkmilləşdirilməsi, müasir musiqi mədəniyyətinin tələblərinə cavab verən professional musiqiçilərin hərtərəfli inkişafının təmin edilməsidir.

    İştirakçıların çıxışlarını BMA-nın rektoru, SSRİ-nin və Azərbaycanın xalq artisti Fərhad Bədəlbəylinin rəhbərlik etdiyi münsiflər heyəti qiymətləndirəcək. Münsiflər heyətinə BMA-nın professorları – Nərminə Quliyeva, Yeganə Axundova, Samirə Aşumova, Nəzakət Rimazi və məktəb-studiyanın müəllimləri – Sevda Məmmədova, Gülbəniz Abdullayeva, Dilarə Salayeva, Nərminə Əliverdizadə daxildir. Müsabiqə bir həftə davam edəcək. Dekabrın 11-i diplomların təqdimatı və laureatların yekun konserti ilə müsabiqə yekunlaşacaq.