• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    18-20 aprel 2017-ci il

    ISESCO-nun, Gənclər və İdman, Mədəniyyət və Turizm, Xarici İşlər nazirliklərinin dəstəyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının iştirakı ilə “Kainat” Gənclik Mərkəzi tərəfindən təşkil olunmuş

    İslam dünyası gənc klassik musiqi ifaçılarının VI Beynəlxalq müsabiqəsi  keçirilmişdir. Bu il də müsabiqəyə bir çox islam ölkələrinin gənc istedadları qatıldı. Müsabiqədə Azərbaycanla yanaşı, Türkiyə, Özbəkistan, Qazaxıstan, Tacikistan, Rusiya Federasiyası (Başqırdıstan, Tatarıstan, Dağıstan), Malayziya, Misir, Qırğızıstan, Küveyt, Mərakeş, İran və İndoneziya kimi ölkələr gənc ifaçılar tərəfindən təmsil olunurdu. Aprelin 20-də qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

     

    Kiçik qrup – Fortepiano nominasiyası

    3-cü yer – Nərgiz Əliyeva Azərbaycan

    3-cü yer – Abduraxmonov Bekzod Özbəkistan

    2-ci yer - Nəriman Məsimov Azərbaycan

    Kiçik qrup – Orkestr nominasiyası

    3-cü yer – Kənan Xəlilzadə Azərbaycan

    3-cü yer –Rüfət Məmmədov Azərbaycan

    2-ci yer – Toğrul Abdullayev Azərbaycan

     

    Böyük qrup – Fortepiano nominasiyası

    3-cü yer – Rəşad Ağayev - Azərbaycan

    2-ci yer – Günel Imanova - Azərbaycan

     

    Böyük qrup – Orkestr nominasiyası

    3-cü yer – Roppert Elvira - Qazaxistan

    2-ci yer – Lekesizgöz Ilmaz - Türkiyə

     

    Kiçik qrup – Fortepiano nominasiyası üzrə  Amin Məhərrəmzadə (Azərbaycan),

    Kiçik qrup – Orkestr nominasiyası üzrə  Zaytsev Aleksandr (Rusiya Federasiyasi. Başqirdistan),

    Böyük qrup – Fortepiano nominasiyası üzrə Nur Ayadi (Mərakeş Kralliği),

    böyük qrup – Orkestr nominasiyası üzrə Abdraxmanova Eldana (Qazaxistan) birinci yerə layiq görüldü.