• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    19 dekabr 2018-ci il

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, “Tarix-nəzəriyyə” fakültəsi 2018-ci tədris ilində bir sıra əlamətdar tədbirlər təşkil etmişdir ki, bunlardan biri də artıq ənənə halını almış tələbələr arasında mütəmadi keçirilən və hər zaman böyük marağa səbəb olan “Sərbəst yazı işi” müsabiqəsi olmuşdur.

    Q.Qarayevin 100, Heydər Əliyevin 95 illiyinə həsr olunmuş müsabiqədən sonra növbəti müsabiqənin təşkil olunması Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, SSRİ və Azərbaycan Respublikasının Xalq Artisti, akademik, “Şərəf nişanı”, “İstiqlal”, “Heydər Əliyev”, “Şöhrət” ordenli, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası “Bəstəkarlıq” kafedrasının müdiri, dahi bəstəkar və professor Arif Məlikovun 85 illik yubileyi ilə əlaqədar olmuşdur.
    Səbəbəkarın yubileyi çərcivəsində bir sıra müsabiqə və konsertlər təşkil olunmuşdu ki, bu sırada 19.12.2018-19.12.2018-ci tarixlərində reallaşan və Arif Məkikovun 85 illik yubileyinə həsr olunmuş pianoçuların Respublika müsabiqəsini də qeyd etmək lazımdır. Həm bu müsabiqənin, həm də 2018-ci ilin sentyabr ayından start götürən “Sərbəst yazı işi” müsabiqəsinin nəticələri 19 dekabrt 2018-ci ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük zalında qalib və iştirakçıların elan olunub və mukafatlandırılması ilə yekunlaşdı.
    Sevindirici haldır ki, “Tarix-nəzəriyyə” fakültəsi tərəfindən təşkil olunmuş müsabiqədə təkcə musiqişünaslıq, xor-dirijorluq ixtisasının tələbələri deyil, “Fortepiano” fakültəsi və “Nəfəs və zərb alətləri” kafedrasının tələbə heyəti də iştirak etmişdir. Təqdim olunan çoxsaylı yazı işlərində bəstəkarın yaradıcılıq yolunun müxtəlif aspektlərinin işıqlandırılması, tədqiq edilib və araşdırılması, müsabiqənin son gününə kimi geniş iştirakçı marağının olması Arif Məlikov yaradıcılığının gənc musiqiçilər tərəfindən şiddətlə sevilməsini bir daha sübut etdi.
    Müsabiqənin nəticələrəinə görə İbrahimov Orxan (III kurs, Nəfəs və zərb alətləri (Klarnet)) III yerə, Süleymanzadə Mədinə (II kurs, Fortepiano (Fortepiano)) III yerə, Cəbrayılova Saniyə (II kurs, Tarix-nəzəriyyə (Musiqişünas)) II yerə, Əliyeva Nəzrin isə (II kurs, Tarix-nəzəriyyə (Xor-dirijor)) I yerə layiq görüldü. İştirakçıların mükafatlandırılmasında SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası Tədris işləri üzrə prorektoru, Əməkdar müəllim, professor Nərminə xanım Quliyeva, “Tarix-nəzəriyyə” fakültəsinin dekanı, sənətşünaslıq doktoru, professor Gülzar xanım Mahmudova, Foptepiano” fakültəsinin dekanı, Əməkdar müəllim, professor Nəzakət xanım Rimazi, “Musiqi nəzəriyyəsi” kafedrasının müdüri, professor Könül xanım Nəsirova, Həmkarlar İttifaqının sədiri Aqil Qafulov iştirak etdi. Müsabiqə iştiakçıları fəxri fərman və kitablarla ( “Azərbaycan xalq musiqisinin əsasları”, Azərbaycan Respublikasının xalq artisti Şəmsi Bədəlbəylinin 100 illiyinə həsr olunmuş “Ömrün səhifələri”), qaliblər isə diplom, olduqca dəyərli “İzahlı musiqi lüğəti” kitabı və “Farhad Badalbeyli−My Baku...” kompakt diski ilə təltif edildi. I yeri qazanan tələbəyə isə əlavə olaraq üzərində Arif Məlikov müsabiqəsinin qalibi olduğu göstəridiyi kubok təqdim edildi.
    Bəstəkarın yubileyi münasibəti ilə təşkil olunmuş tədbirdə müəllifin həyat və yaradıcılıq yolunu işıqlandıran video slaydın fonunda “Musiqi tarixi” kafedrasının baş müəllimi Aybəniz Növrəsli Arif Məlikovun zəngin koloritli, parlaq boyalı obrazını səciyyələndirən ön sözlə çıxış etdi. Müsabiqələrin nəticələri elan olunduqdan sonra isə bəstəkarın zəngin yaradıcılıq xəzinəsinin dəyərli nümunələrinin səsləndiyi konsert proqramına yer verildi. Tədbirdə gözəl insan, dəyərli bəstkar Arif müəllim və “Bəstəkarlıq” kafedrasının müəllim-professor heyətinin də iştirak etməsi dinləyiciləri, o cümlədən müsabiqə iştirakçılarını böyük sevinc və qürur hissi ilə əhatələdi.
    Biz də öz növbəmizdə Azəbaycan musiqi mədəniyyətinin dəyərli insanlarından biri olan Arif müəllimə uzun ömür, can sağlığı və yaradıcılığında yeni-yeni nailiyyətlər arzu edirik.