• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    17-19 dekabr 2018-ci il

    17-19 dekabr 2018-ci il tarixlərində dünya şöhrətli bəstəkar, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Xalq artisti, əməkdar müəllim, professor Arif Məlikovun yaradıcılığına həsr olunmuş pianoçuların II turdan ibarət müsabiqəsi keçirilib.

    Qeyd edək ki, müsabiqənin sədri Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, professor Fərhad Bədəlbəyli, layihənin rəhbəri İxtisas fortepiano kafedrasının müəllimi Nərgiz Nəzərova, jüri üzvləri isə Tədris işləri üzrə Birinci prorektor, pedaqoji elmlər namizədi, Əməkdar müəllim, professor Nərminə Quliyeva, Beynəlxalq Əlaqələr üzrə prorektor, Xalq artisti, professor Yeganə Axundova, Fortepiano fakültəsinin dekanı Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Nəzakət Rimazi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar artist, Dosent Elnarə Kəbirlinskaya idi.
    Müsabiqədə Niftiyev Elxan İlham oğlu (Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası III kurs- Müəllim: SSRİ və Azərbaycanın Xalq artisti, Professor Fərhad Bədəlbəyli), Fuad Telman oğlu Əlizadə (Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası II kurs magistr pilləsi, - Müəllim: Xalq artisti, Professor Yeganə Axundova), Ələkbərzadə Eldəniz Əli oğlu (Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası III kurs- Müəllim: Xalq artisti, Professor Murad Adıgözəlzadə), Məsimov Nəriman Vüqar oğlu (Sumqayıt Musiqi Kolleci- Müəllim: Əliyeva Təranə), Eldarlı Gülnaz Yaşar qızı (Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası II kurs- Müəllim: Professor, Əməkdar müəllim Siala Sinamdzqvarişvili), Xələfov Elxan Tofiq oğlu (Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası II kurs- Müəllim: Dosent Gülnarə Mirzəyeva), Heydərli Nigar İsrail qızı (Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası II kurs- Müəllim: Əməkdar müəllim Dilarə Mirzəquliyeva), Səlimova Natəvan Oktay qızı (Sumqayıt Musiqi Kolleci- Müəllim: Əbilova Arzu), , Mirheydərzadə Fidan Hüseyn qızı (Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası III kurs- Müəllim: Əməkdar artist, Professor Elnarə Kəbirlinskaya), Əhmədova Rəhimə Elşən qızı (Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası I kurs- Müəllim: Baş müəllim Könül Axundova) iştirak ediblər.
    Qeyd edək ki, II mərhələdən ibarət olan müsabiqədə tələbələr I mərhələdə (İ.S.Bax “Yaxşı temperasiya edilmiş klavir”. Prelüdiya və fuqa fis-moll, c-moll, es-moll, D- dur, g-moll, h-moll, G-dur, cis-moll, Y.Haydn Sonata №14 F-dur. (I hissə), №4 g- moll. I hissə, №24 D-dur, F.Şopen Etüd №1 op.10. C-dur, №24 c-moll, №4 cis- moll, №23 op.25. a-moll, №7 op.10. C-dur, №1 op 10. C-dur, L.V.Bethoven Sonata №18 Es-dur. (I hissə), №6 F-dur, №7 D-dur, op.53 (I hissə), Sonata №8, “32 variasiya”, S.Raxmaninov “Etüd-lövhə” №6, es-moll, №6, op.33. Etüd №4, op.33. d-moll, V.Motsart Sonata a-moll, I hissə, D.D.Şostakoviç . Prelüd və fuqa №24) II mərhələdə isə (S.Prokofyev Tokkata op.11, A.Skryabin Etüd №11 op.8, Fantaziya. Op.28, h-moll, V.Mustafazadə “Ömrün səhifələri”, F.Şopen Skertso № 2 b-moll, op.31 b moll, Ballada №3 As-dur, “Andante spionoto”, “Böyük parlaq polonez”, F.Əmirov “Variasiyalar”, T.Quliyev “Qaytağı”, R.Şuman “Abeqq variasiyaları”, A.Məlikov “Təzadlar”, “3 prelüd”, “3 vals”, Prelüd №3, Prelüd №1,2 “Ötəri anlar”, “Məhəbbət əfsanəsi” baletindən “Fərhad və Şirinin adajiosu”, “Komdenin arzuları” və “Qızların rəqsi, S.Raxmaninov – F.Kreysler “Sevgi əzabları”, F.Mendelson “Ciddi variasiyalar”, D.Kabalevski Sonata №3, op.46, E.Qranados “Capricho espanol”) əsərlərini ifa ediblər.
    Müsabiqədə yer tutmuş tələbələr Arif Məlikovun 85 illik yubleyinə həsr olunmuş konsert öncəsi müxtəlif diplom və sertifikatlarla təltif olunublar. Belə ki, Niftiyev Elxan, Ələkbərzadə Eldəniz– I dərəcəli diploma, Əlizadə Fuad –II dərəcəli diploma, Məsimov Nəriman – III dərəcəli diploma, Mirheydərzadə Fidan, Eldarlı Gülnaz – diploma, Əhmədova Rəhimə, Səlimova Natəvan – Sertifikata layiq görülüblər.

     

    BMA-nın Mətbuat xidmətinin əməkdaşı
    Əhmədova Minacat