• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    9 sentyabr 2018-ci il

    9 Sentyabr 2018-ci il tarixində Bakı Kamera Musiqi Orkestrinin və Almaniya Münhen Yeni Filarmoniyasının Simfonik Orkestrinin baş dirijoru, Əməkdar artist Fuad İbrahimov Parisdə "Radio France", "France musique", "L'orchestre philharmonique" və Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Yevgeni Svetlanov adına IV Beynəlxalq dirijorlar müsabiqəsində 2-ci yeri tutub.


    Müsabiqənin finalında iştirak edən dörd namizəddən Fuad İbrahimov, Dmirti Filatov 2-ci yerləri tutublar. Münsiflər heyətinin rəyinə əsasən, Fuad İbrahimov və Dmitri Filatov bərabər güclü rəqiblər kimi dəyərləndirilib və onların hər ikisi 2-ci yer üzrə mükafatlandırılıb. Birinci yer üzrə isə mükafatlandırmanın olmamasına qərar verilib. Digər iki namizəd Haoran Li və Wilson NG müsabiqənin diplomu ilə təltif olunublar.

    Sonda müsabiqənin təsisçisi Marina Bouer çıxış edərək müsabiqənin tərəfdaşlarına təşəkkürünü bildirib. “Tərəfdaşlarımıza, xüsusilə də Heydər Əliyev Fonduna müsabiqənin ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə minnətdarlığımı bildirirəm”-deyə M. Bouer vurğulayıb.

    Qeyd edək ki, Fuad İbrahimovun namizədlik dosyesi Heydər Əliyev Fondu tərəfindən müsabiqəyə təqdim olunmuşdur. O, Yevgeni Svetlanov adına IV Beynəlxalq dirijorlar müsabiqəsinə 350 namizəd arasından seçilib.