• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    8 iyun 2018-ci il

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, “Tarix-nəzəriyyə” fakültəsinin təşəbbüsü ilə görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 və Ümumilli lider Heydər Əliyevin 95 illik yubileyi münasibəti ilə “Sərbəst yazı işi” müsabiqəsi keçirilmişdir.


    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2017-ci il oktyabr ayında Azərbaycan mədəniyyətinin dahi nümayəndəsi, böyük bəstəkar, tanınmış alim-pedaqoq və ictimai xadim, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Qarayevin 100 illik yubileyi ilə əlaqədar sərəncam imzalamışdır. Bunu diqqətə alaraq Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası yubiley çərcivəsində bir çox layihələr təşkil etmişdir ki, bunlardan biri də müntəzəm olaraq “Tarix-nəzəriyyə” fakültəsi tərəfindən təşkil olunan “Sərbəst yazı işi” müsabiqəsinin bu dəfə sevilən bəstəkar Qara Qarayevə həsr olunması idi.

    Müsabiqədə iştiak etmək üçün müxtəlif ixtisaslı (musiqişünas, xor-dirijor, bəstəkar, fortepiano, musiqi müəllimliyi) çoxsaylı tələbə müraciət etmişdir. Təqdim olunan yazı işləri Bakı Musiqi Akademiyasının professor və müəllim heyəti tərəfindən yoxlanılmış və qaliblər müəyyən olunmuşdur:
    1. Seyidova Günel III kurs, musiqişünas (I yer)
    2. Qəhrəmanova Aygün III kurs, musiqişünas (II yer)
    3. Hüseynova Tutu II kurs, musiqişünas (III yer)
    4. Cəbrayılova Saniyə I kurs, musiqişünas
    5. Səfərli Nərmin I kurs, musiqişünas
    6. Rüstəmova Fəridə I kurs, musiqişünas
    7. Hüsüzadə Aytac I kurs, musiqişünas
    8. Şirinova Səkinə I kurs, musiqişünas
    9. Quliyeva Nəzrin II kurs musiqişünas
    10. Əliyeva Kamilla II kurs, musiqişünas
    11. Hüseynova Sevda II kurs, musiqişünas, (qiyabi)
    12. Məhyəddinli Günay III kurs musiqişünas
    13. Ələkbərova Nəcibə IV kurs musiqişünas
    14. Əliyeva Nəzrin I kurs, xor-dirijor
    15. Əliyeva Ülkər I kurs, xor dirijor
    16. Imamova Maral I kurs, xor dirijor
    17. Quliyeva Ayşən II kurs, xor dirijor, (qiyabi)
    18. Xəlilov Rüfət III kurs, xor-dirijor
    19. Hüseynova Leyla IV kurs, xor dirijor
    20. Süleymanzadə Çinarə IV kurs, xor dirijor
    21. Əliyeva Aydan I kurs bəstəkar
    22. Məlikli Aytac I kurs, musiqi müəllimliyi
    23. Məmmədova Aytac II kurs, fortepiano
    24. Ağazadə Aytac III kurs, fortepiano

    Ümumilli lider Heydər Əliyevin 95 illik yubileyinə hər olunmuş müsabiqə isə ali məktəb tələbələri arasında keçirilmişdir. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası ilə yanaşı Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin tələbələri də ilk dəfə olaraq yazı işlərini müsabiqəyə təqdim etmişdirlər:
    1. Cəbrayılova Saniyə I kurs, musiqişünas, Bakı Musiqi Akademiyası (I yer)
    2. Qasımlı Gültəkin II kurs, magistr, Azərbaycan Milli Konservatoriyası (II yer)
    3. Əliyeva Səbinə I kurs, magistr, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (III yer)
    4. Hüsüzadə Aytac I kurs, musiqişünas, Bakı Musiqi Akademiyası
    5. Məcidzadə Nəzrin I kurs, musiqişünas, Bakı Musiqi Akademiyası
    6. Məlikova Mənzər I kurs, musiqişünas, Bakı Musiqi Akademiyası
    7. Hüseynova Tutu II kurs, musiqişünas, Bakı Musiqi Akademiyası

    Hər iki müsabiqənin nəticəsinin açıqlanmasında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tədris işləri üzrə prorektoru, professor Nərminə xanım Quliyeva, “Tarix-nəzəriyyə” fakültəsinin dekanı, professor Gülzar xanım Mahmudova, “Musiqi tarixi”, “Musiqi Nəzəriyyəsi” və “Azərbaycan ənənəvi musiqisi və müasir texnologiyalar” kafedralarının müdirləri və professor-müəllim heyəti, o cümlədən Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin “Musiqi sənəti” fakültəsinin dekanı, professor Ceyran xanım Mahmudova da iştirak etmişdir. Musabiqədə iştirak edən tələbələrə mükafat (ilk üç yer) və diplomlar təqdim olunmuş, xatirə şəkli çəkilmişdir. Mükafat və diplomların hazılanmasında “Həmkarlar komitəsi” (Qafulov Aqil) və Vüqar Hümbətov böyük əmək sərf etmişdir.

    “Tarix-nəzəriyyə” fakültəsinin dekan laborantı,
    Bakı Xoreoqrafiya Akademiyasının dissertatı
    Şirəliyeva İlahə