• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    8 iyun 2018-ci il

    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının http://www.musicacademy.edu.az adlı saytı Azərbaycan Milli İnternet Netty.az müsabiqəsində ilk dəfə iştirak edərək Mədəniyyət və İncəsənət nominasiyasında Birinci yerə layiq görülüb.

    Qeyd edək ki, Təqdimat mərasimində artıq 10-cu il keçirilən Azərbaycan Milli İnternet 2018 müsabiqəsinin cari il üçün qalibləri elan olunub. Təqdimat mərasimində Azərbaycan Milli İnternet Təşkilat Komitəsi adından AİF- in prezidenti Osman Gündüz çıxış edərək Azərbaycan Milli İnternet Mükafatı haqqında və müsabiqə çərçivəsində görülmüş işlər haqqında məlumat verib.
    Sonra qaliblərə, 2-ci və 3-cü yer tutanlara Mükafatların, diplomların və hədiyyələrin təqdim edilməsinə start verilib. Mükafatların təqdim edilməsində İnternet ictimaiyyətinin nümayəndələri, İKT sahəsində fəaliyyət göstərən dövlət və özəl sektorun, təhsil müəssisələrinin nümayəndələri, Azərbaycan Milli İnternet təşkilatçıları iştirak edib.
    Onlar çıxış edərək Azərbaycan Milli İnternetin Azərbaycan İnternetinin inkişafında ciddi rol oynadığını və Müsabiqənin davamlı olmasını arzuladıqları bildiriblər. Təqdimat mərasimində dövlət və özəl sektorun, ictimai təşkilatların və media qurumlarının nümayəndələri, İnternet ictimaiyyətinin çoxsaylı nümayəndələri iştirak edib.