• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    5-13 may 2018-ci il

    5-13 may 2018-ci il tarixində Türkiyənin İstanbul şəhərində təşkil olunan “13.Uluslararası Pera Piano Festivalı Yarışması” beynəlxalq müsabiqəsi keçirilib.

    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi  Məktəb-Studiyasının fortepiano ixtisası üzrə təhsil alan III sinif şagirdi Zərrin Şükür (Müəllim: Nərminə Əliverdizadə) Beynəlxalq müsabiqədə iştirak edərək II yerə layiq görülüb. Qeyd edək ki, müsabiqədə Zərrin Şükür 7 ustad dərslərində iştirak edərək müxtəlif diplomlarla təltif olunub. Eyni zamanda “4 əl fortepiano dueti” ustad dərsində  çıxış edərək müəllimi ilə birgə xüsusi mükafata layiq görülüb.