• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    17 may 2018-ci il

    Mayın 17-də İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Pianoçular Müsabiqəsi keçirilib.


    Müsabiqə Azərbaycanın Əməkdar Artisti, pianoçu Adilə Əliyeva tərəfindən təşkil olunub. Bəstəkar, dirijor və Fransa İncəsənət Akademiyasının üzvü Loran Petijirar bu müsabiqənin fəxri prezidentidir. İki ildən bir təşkil edilən müsabiqə 1996-cı ildən fəaliyyət göstərir və hər dəfə orada 250-dən çox iştirakçı yarışır. İndiyədək müsabiqədə bir çox beynəlxalq müsabiqələrin laureatları olan 2150 pianoçu iştirak edib. Bu yarışma pianoçular arasında dünyanın ən yaxşı 20 müsabiqəsi ilə bir sırada dayanır.

    Bu müsabiqə çərçivəsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Fortepiano ixtisası kafedrasının II kurs tələbəsi Ceyhun Əziziov iştirak edərək (Müəllim professor: Nəzakət Rimazi) I yerə layiq görülmüşdür.

    Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfirliyi həmin müsabiqənin iştirakçıları üçün ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan xüsusi mükafat təsis edib. Bu mükafat müsabiqənin münsiflər heyəti və Azərbaycan səfirliyinin birgə rəyi əsasında qaliblərdən biri Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsi Əzizov Ceyhuna təqdim olunub.

    Müsabiqə çərçivəsində Ümummilli Liderin xatirəsinə həsr olunan bir neçə musiqi parçası da səsləndirilib. Ulu Öndərin anadan olmasının ildönümünə həsr olunan mahnılar onun əziz xatirəsinə ehtiramın musiqi dilində ifadəsidir.