• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    1-5 may 2018-ci il

    1-5 may 2018-ci il tarixlərində Gürcüstan Respublikasının Tbilisi şəhərində keçirilən “The II nd İnternational Contest for Performing Arts named after Vazha Chachava” adlı müsabiqədə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri uğurla iştirak ediblər.

    Nəzərinizə çatdırmaq istərdik ki, Məmmədova Səbinə - I yer (violino), Tağızadə Mahir-II yer (solo oxuma), Əzizov Ceyhun - II yer (fortepiano), İsayeva Ceyran- III yerə (fortepiano) və Bülbül adına orta ixtisas musiqi məktəbinin tələbələri İsmayılova Nərminə- I yer, Həsənli Sura- I yer, Cəfərova Şükran - III yerə layiq görülüblər. Həmçinin konsertmeyster Həsənli Fəqan xüsusi diplomla təltif olunub.

    Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Dursun Həsənov və ARDNŞ-nin (Socar) Gürcüstandakı nümayəndəliyin təşkilatçılığı ilə ümumilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş BMA-nın müəllim və tələbə heyətini iştirakı ilə konsert keçirlib.


    Konsertdə azərbaycan və xarici bəstəkarların repertuarından rəngarəng musiqi nömrələrinə müraciət olunaraq yüksək peşəkarlıqla ifa olunub.