• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    12 aprel 2018-ci il

    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının II kurs tələbəsi, Beynəlxalq müsabiqələr laureatı, Prezident taqaüdçüsü Nəriman Əmiraslanov 26-30 aprel tarixlərində Slovakiyada keçirilmiş

    "Forum Per Tasti" Pianoçuların 3-cü Beynəlxalq müsabiqəsində Azərbaycanı təmsil etmişdir. Serbiya, Rusiya, Sloveniya, Almaniya, Sinqapur, Yaponiya, Bosniya və s. ölkələrin nümayəndələri qatılan yarışma iki yaş kateqoriyasında keşirilmişdir.

    Nəriman Əmiraslanov Birinci qrupda (20 yaşa qədər) L.V.Bethoven "Appassionata", F.Şopen "Etüd do minor", "Noktürn" və "Skerso Si bemol minor", Slovak bəstəkarının əsərinin təqdimatı ilə çıxış edərək müsabiqənin Biribci mükafatı ilə Laureat adını qazanıb. Nəriman Əmiraslanov müsabiqəyə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə qatilmışdır. Müəllim BMA-nın professoru Siala Sinamdzqvarişvili.