• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    12 aprel 2018-ci il

    12 aprel 2018-ci il tarixində “Kainat” Gənclik Mərkəzinin təşkil etdiyi “İslam Dünyası gənc (20 yaşadək) klassik musiqi ifaçılarının VII Beynəlxalq müsabiqəsi”nin qaliblərinin mükafatlandırılması mərasimi və Qala konserti keçirilib.

    Konsert ISESCO, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, Mədəniyyət və Turizm, Xarici İşlər Nazirliklərinin, həmçinin Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının iştirakı ilə baş tutub. Onu da nəzərinizə çatdıraq ki, Azərbaycandan olan iştirakçılar üçün dinləmələr aprelin 3-ü, 4-ü və 5-ində keçirilib. 10 aprel tarixində kiçik qrup üzrə, 11 aprel –böyük qrup üzrə dinləyişlər həyata keçib.

    Xatırlatmaq istərdik ki, müsabiqənin builki buraxılışı görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyinə həsr olunub. “İslam Dünyası gənc klassik musiqi ifaçılarının Beynəlxalq müsabiqəsi”nin Bakı Musiqi Akademiyası tərəfindən dəstəklənməsi və peşəkar səviyyədə hazırlanmasında, nominantlar arasında seçim turlarının və dinləmələrin keçirilməsində bu musiqi ocağının professor və müəllim heyətinin böyük əməyi vardır.

    Qeyd etmək istərdik ki, bu il müsabiqədə 4 gün ərzində 9 ölkənin gənc klassik musiqi ifaçıları və bu ölkələrin digər təmsilçiləri iştirak edib.

    12 aprel tarixində keçirilən tədbirin təşkilində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi hərtərəfli tərəfdaş kimi çıxış edib. Tədbirdə qonaqlar qismində AR Gənclər və İdman Nazirinin müavini cənab Fərhad Hacıyev, İSESCO üzrə Milli Komissiyanın baş katibi, Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə iştirak ediblər.

    Münsiflər heyətinin üzvləri:
    1. Özbəkistan Respublikasından musiqiçi-pedaqoq –Tilakov Qulom
    2. İran İslam Respublikasından –pedaqoq-bəstəkar, Cabir İtaəti
    3. Qazaxıstan Respublikasından musiqiçi-pedaqoq – Zarina Aytekova.
    4. Mərakeş Krallğından Lalla Məryəm adına Beynəlxalq piano müsabiqəsinin prezidenti - Ğizlan Hamadi
    5. Rusiya Federasiyası,Tatarıstan- Beynəlxalq müsabiqələr laureatı, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin təsis etdiyi Qrant mükafatının təqaüd sahibi, Jiqanov adına Kazan Dövlət Konservatoriyasının ixtisas fortepiano kafedrasının dosenti, Xalturina Tatyana Vladimirovna.
    6. Bakı Musiqi Akademiyasının tədris işləri üzrə prorektoru, AR-nın əməkdar müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru, professor Nərminə xanım Quliyeva – Azərbaycan.
    7.Anadolu Universitetinin dosenti, doktor– Mesut Erdem Çoloğlu (Türkiyə).
    8. Misir İncəsənət Akademiyasının müdiri professor, doktor Mohamed Şafik Mohamed Ahmed
    9. Əlcəzair Milli Musiqi İnftitutunun pedaqoji işlər üzrə direktor müavini, fleyta üzrə professor, Ouabadi Rəşid
    10.Nəhayət, Münsiflər heyətinin sədri, Bakı Musiqi Akademiyasının prorektoru, AR Xalq artisti, Pianoçu-bəstəkar, professor Yeganə xanım Axundova
    Bir məqamı da diqqətinizə çatdıraq ki, müsabiqənin bütün iştirakçılarına, iştirakına görə Gənclər və İdman Nazirliyinin təsis etdiyi sertifikatlar təqdim olunub.
    Beləliklə, mükafatlandırma mərasimində ilk olaraq, Təşkilat Komitəsinin təsis etdiyi “müsabiqənin ən kiçik iştirakçısı” nominasiyasının təqdimatı olunub:
    1)Özbəkistan təmsilçisi 9 yaşlıKiyamov Ənvərcan təltif olunur.
    Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi 2 xüsusi nominasiyanı Qara Qarayevin əsərinin orijinal ifasına görə İran təmsilçisi Roustai Elina, dinləmələrdə klassik əsəri yaradıcı tərzdə ifa etdiyinə görə Misir təmsilçiləri Mişel Hani Kamal Bahnan və Yousab Rafaat Gamil Nasif təltif olunublar.

    “Müsabiqədə proqram əsərinin özünəməxsus ifasına görə” Əlcəzair təmsilçisi Hamaidi Sandra Bakı Musiqi Akademiyasının təsis etdiyi diplom və mükafata layiq görülüb.
    Kiçik qrup – Fortepiano nominasiyası
    1-ci yer – Sadıxzadə Cəmil, Azərbaycan
    2-ci yer – Huseynli Abduləli, Azərbaycan
    3-cü yer – Ubaydullayev Ozodbek, Özbək

    Kiçik qrup – Orkestr nominasiyası
    1-ci yer –Məmmədzadə Kənan,Azərbaycan,
    2-ci yer – Rzazadə Asim, Azərbaycan,
    3-cü yer – Baxşi Erencan, Türkiyə,
    Böyük qrup – Fortepiano nominasiyası
    1-ci yer – Abdinzadə Cəmalə, Azərbaycan,
    2-ci yer – Aida Lahlou, Mərakeş,
    3-cü yer – Eldarlı Səbinə, Azərbaycan,

    Böyük qrup – Orkestr nominasiyası
    1-ci yer – Matitsina Kseniya, Qazaxıstan,
    2-ci yer – Bağırzadə Səid, Azərbaycan
    3-cü yer – Kim Valentin, Qazaxıstan
    “İslam Dünyası gənc (20 yaşadək) klassik musiqi ifaçılarının VII Beynəlxalq müsabiqəsi”nin Qran-Pri mükafatı ilə Kamalatdinov Tagir - Tatarstan təmsilçisi təltif olunub.

    Tədbirin sonunda qaliblər və nominantlar arasından seçilmiş gənc istedadların iştirakı ilə Qala-konsert keçirilib. Konsertdə Daldenlad “Konsert, pyes” (Kim Valentin –Qazaxıstan), M.Arnoid “Konsert” (Mikayıl Hani Kamal Baxnan –Misir), F.Nazarov “Yumoreska” (Kiyamov Anvarcan - Özbəkistan), L. Dagunin“Lekoko” (Şahnamnia Robindoxt - İran), Kamani Kevser Hanım “Nihavent Longa” (Çankal Efe - Türkiyə), Bax “Suita 2”, Rondo (Hamaidi Sandra –Əlcəzair), Ravel “Okenda qayıq” (Aida Lahlou –Mərakeş), R.Rzayev “Çahargah” (Bağırzadə Səid –Azərbaycan), F. Şopen “Etüd. 11” (Kamaldinov Tagir - Tatarstan) əsərləri səslənib.