• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    10-12 aprel 2018-ci il

    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında İslam Dünyası gənc (20 yaşadək) klassik musiqi ifaçılarının VII Beynəlxalq Müsabiqəsi keçirilir.

    Qeyd edək ki, müsabiqə görkəmli Azərbaycan bəstəkarı Q.Qarayevin 100 illik yubleyinə həsr olunub. Müsabiqə ilə əlaqədar 3-4-5 aprel tarixlərində Azərbaycan vətəndaşları arasında seçim turu baş tutub.

    10 aprel tarixindən başlayaraq artıq müsabiqəyə start veriləcək. 10 aprel – kiçik qrup, 11 aprel böyük qrupun çıxışları, 12 aprel tarixində isə bağlanış əlaqədar Qala konsert gözlənilir.