• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    16 yanvar 2018-ci il

     

    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Həmkarlar təşkilatının üzvləri mükafatlandırılmışdır

    16 yanvar 2018-ci il tarixində Bakı Musiqi Akademiyasının nümayəndələri Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkil etdiyi tədbirdə iştirak ediblər. Həmin tədbirdə Azərbaycan Həmkarlar Konfederasiyasının sədri Millət vəkili Səttar Mehbalıyev ”İlin peşəkar gənci” müsabiqəsində qalib gəlmiş “Dirijorluq” kafedrasının dosenti, Azərbaycan Respublikasının Əməkdar artisti Əyyub Quliyevi və beynəlxalq müsabiqələrdə uğur qazanmış Bakı Musiqi Akademiyasının tələbələri – Nəriman Əmiraslanovu (Fortepiano fakültəsi), Nigar Cəfərovanı (İfaçılıq fakültəsi), Nərmin Abdullayevanı (Tarix-nəzəriyyə fakültəsi) təbrik edərək, onlara fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim etmişdir.