• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    4 noyabr 2022-ci il

    Kurmanqazı adına Qazaxıstan Milli Konservatoriyasının II kurs magistr tələbələri Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında elmi-ixtisasartırma keçmişlər.

    04 noyabr 2022-ci il tarixində bir qrup tələbəyə ixtisasartırmanı təsdiq edən Sertifikatlar təqdim olundu.

    Təqdimatda BMA-nın Tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyeva Azərbaycan-Qazaxıstan əlaqələrindən söz açdı, necə illərdir bu ənənələrin davam etdiyini qeyd etdi  və ali məktəblər arasındakı  əməkdaşlığı  təqdirəlayiq hal kimi yüksək qiymətləndirdi.

    BMA-nın Beynəlxalq əlaqələr və sosial məsələlər üzrə prorektoru, Xalq artisti,  professor Yeganə Axundova da tələbələrə ürək sözlərini bildirib, onları ixtisasartırmanı uğurla başa vurmaqları münasibətilə təbrik etdi.

    Qazaxstanlı magistr tələbələr yaradılan şəraitə, göstərilən isti münasibətə görə BMA-nın rəhbərliyinə, başda rektor, Xalq artisti,  professor Fərhad Bədəlbəyliyə dərin minnətdarlıqlarını bildirdilər.