• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Layihələr

    4 noyabr 2023-cü il

    13 oktyabr 2023-cü il tarixindən Kurmanqazı adına Qazaxıstan Milli Konservatoriyasının II kurs magistr tələbələrinin Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında keçdikləri elmi-ixtisasartırmaları davam etməkdədir.

    Ardını oxu...

    31 oktyabr 2023-cü il

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Kurmanqazı adına Qazaxıstan Milli Konservatoriyası arasında bağlanan müqavilə əsasında Qazaxıstan Milli Konservatoriyasının II kurs magistr tələbələri 13 oktyabr 2023-cü il tarixindən Bakı Musiqi Akademiyasında elmi-ixtisasartırma keçməkdədirlər.

    Ardını oxu...

    24 oktyabr 2023-cü il

    24 oktyabr 2023-cü il tarixində Zəfər günü ilə əlaqədar  Yeni Azərbaycan Partiya Mərkəzi Aparatında qanvermə aksiyası keçirildi.

    Ardını oxu...

    24 oktyabr 2023-cü il

    Heydər Əliyev Mərkəzinin 18 oktyabr tarixində keçirdiyi “Heydər Əliyev və Azərbaycan tarixi” lX Ümumrespublika bilik yarışında 50 komanda arasında Bakı Musiqi Akademiyasının tələbələri 17-ci yeri qazanmışdılar.

    Ardını oxu...

    11 oktyabr 2023-cü il

    11 oktyabr 2023-cü il tarixində Bakı Musiqi Akademiyasının Tədris işləri üzrə prorektoru, Əməkdar müəllim, professor Nərminə Quliyeva  BMA-nın Tələbə Gənclər Təşkilatı üçün sədr və müavinləri təyin etmək məqsədilə  seçki keçirtmişdir.

    Ardını oxu...

    7 oktyabr 2023-cü il

    Qazax Müəllimlər Seminariyası/ADA Qazax Mərkəzində Təhsil və Mədəniyyətin vəhdəti:Nümunələr və yeni missiya  07 oktyabr 2023-cü il tarixində ADA Universiteti və tərəfdaşları bir müəllimin və bir sahibkarın manifestinə yeni səhifələr əlavə etmək üçün yenidən Qazaxa üz tutdular.

    Ardını oxu...

    1 oktyabr 2023-cü il

    Erasmus Student Network Azerbaijan tərəfindən 2023-cü il 01 oktyabr tarixində Əcnəbi tələbələr üçün Orientasiya Günü keçirilmişdir.

    Ardını oxu...

    27 sentyabr 2023-cü il

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının bir qrup müəllimləri - Əməkdar artist Nigar Məlikova, dosentlər Züleyxa Abdulla, Aynur Xəlilova, baş müəllimlər Nigar Həsənova, Afaq Qarayeva, Lalə Muxtarova, Günel Eyvazzadə, müəllimlər Cəmilə Əmirova, Günel Kazımova N.Q.Jiqanov adına Kazan Dövlət Konservatoriyasında  ixtisasartırma(onlayn) kurslarında iştirak etmişlər. 

    Ardını oxu...

    27 sentyabr 2023-cü il

    27 sentyabr 2020-ci il tarixində başlanan İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir.

    Ardını oxu...

    15 sentyabr 2023-cü il

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 3 tələbəsi Erasmus+ KA 107 tələbə mübadilə proqramı çərçivəsində Estoniyanın Musiqi və Teatr Akademiyasında 5 ay müddətində təhsil almaq üçün seçilmişlər. Bakı Musiqi Akademiyasının bakalavr pilləsinin tələbələri Gülsarə Bağırova ("Fortepiano” fakültəsi), Türkruh Əhmədli ("İfaçılıq” fakültəsi-nəfəs alətləri) və İbrahim Kazımov ("İfaçılıq”fakültəsi-nəfəs alətləri) Erasmus mübadilə proqramı vasitəsilə təhsillərini Estoniya Musiqi və Teatr Akademiyasında davam etdirməyə başlamışlar.

    Ardını oxu...

    3 iyul  2023-cü il

    3 iyul 2023-cü il tarixində Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəylinin rəhbərliyi altında  “Tədris işləri üzrə” prorektor, Əməkdar müəllim, professor Nərminə Quliyeva tərəfindən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş ali, ümumtəhsil və orta ixtisas təhsil müəssisələri, musiqi məktəblərinin şagird və tələbələri arasında keçirilən gənc ifaçıların lV Respublika müsabiqəsindəki fəaliyyətinə görə  BMA-nın müəllimləri - Əməkdar artist Nigar Məlikova və baş müəllim Leyla Zeynalovaya təşəkkürnamə təqdim edildi.

    Ardını oxu...

    3 iyul  2023-cü il

    3 iyul tarixində tanınmış Azərbaycan musiqiçisi, alim, Əməkdar incəsənət xadimi, orqan ifaçısı, sənətşünaslıq doktoru, professor, pedaqoq Tahirə Yaqubovanın doğum günüdür. 

    Ardını oxu...

    23 iyun  2023-cü il

    Azərbaycan Respublikasının Əməkdar elm xadimi, Almaniyada yaşayan  riyaziyyatçı alim, Humboldt mükafatı alan ilk azərbaycanlı, professor Məsud Əfəndiyev 23 iyun 2023-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında qonaq olmuş, BMA-nın rektoru Xalq artisti, professor Fərhad Bədəlbəyli və BMA-nın Beynəlxalq əlaqələr, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, professor, Xalq artisti, tanınmış pianoçu Yeganə Axundova ilə görüşmüşdür.

    Ardını oxu...

    30 may  2023-cü il

    Dünya şöhrətli vokal ifaçısı, Azərbaycan Respublikasının Xalq artisti, professor Xuraman Qasımova 30 may 2023-cü il tarixində "Mədəniyyət" kanalının "O" verilişində qonaq olmuşdur.

    Ardını oxu...

    24 may  2023-cü il

    24 may 2023-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Fəlsəfə elmləri doktoru, BMA-nın “Azərbaycan Ənənəvi musiqisi və müasir texnologiyalar” kafedrasının professoru Mina xanım Hacıyevanın prodüseri olduğu Sosial layihənin “Yaradıcılıq psixologiyası” adlı növbəti tədbiri keçirildi. 

    Ardını oxu...

    10 may  2023-cü il

    10 may 2023-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professor-müəllim heyəti Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə onun xatirəsini ehtiramla yad edərək, Heydər Əliyev parkında heykəli önündə gül əklili qoyulmuşdur. 

    Ardını oxu...

    20 aprel  2023-cü il

    2023-cü il 20.04-31.05 tarixlərində N.G.Jiqanov adına Kazan Dövlət Konservatoriyasının ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası arasında bağlanan müqavilə əsasında və onların birgə əməkdaşlıqları nəticəsində BMA-nın  bir qrup müəllim heyəti - Əməkdar artist Nigar Məlikova, dosentlər Züleyxa Abdulla, Aynur Xəlilova, baş müəllimlər Nigar Həsənova, Afaq Qarayeva, Lalə Muxtarova, Günel Eyvazzadə və Cəmilə Əmirova  “Проблемы интерпретации и вопросы формирования пианистического мастерства” mövzusu ilə Kazan Dövlət Konservatoriyasının təkmilləşdirmə kurslarını uğurla başa vurdular.

    Ardını oxu...

    19 aprel  2023-cü il

    19 aprel 2023-cü il tarixində Belçika Krallığının Bakıdakı səfiri Michel Peetermansın Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına rəsmi ziyarəti olmuşdur. 

    Ardını oxu...

    18 aprel  2023-cü il

    18 aprel 2023-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasının Baden-Vürttemberq federal torpağındakı (Ştutqart şəhəri) sabiq fəxri konsulu Otto Hauzer Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına rəsmi ziyarəti olmuşdur. 

    Ardını oxu...

    17-25 aprel  2023-cü il

    2023-cü il 17-25 aprel tarixlərində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Tarix-nəzəriyyə” fakültəsinin dekanı, Əməkdar müəllim, sənətşünaslıq doktoru, professor Gülzar Mahmudova və “Azərbaycan Ənənəvi musiqisi və müasir texnologiyalar” kafedrasının müəllimi, bəstəkar Azər Hacıəsgərli Estoniya Musiqi və Teatr Akademiyasında, Erasmus proqramı çərçivəsində işgüzar səfərdə oldular.

    Ardını oxu...