• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    8 fevral 2018-ci il

    “Norma” operası. 8 fevral 2018-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Şövkət Məmmədova adına Opera Studiyasında Vincenzo Bellini “Norma” operasının ilk premyerası olub.

    Qeyd edək ki, Norma operası – italiyalı bəstəkar Vincenzo Bellininin 2 pərdəli (libretto: Feliçe Romani) lirik tragediyasıdır.Hadisələr romalılar tərəfindən fəth edilən Qalliya şəhərində cərəyan edir. Operanın ilk premyerası 1831-ci ildə Milan şəhərinin La Skala teatrında səhnəyə qoyulub.

    Azərbaycanda ilk dəfə səhnələşdirilən operanın quruluşçu dirijoruXalq artisti, professor Fəxrəddin Kərimov, quruluşçu rejissor Elvin Mirzəyevin rəhbərliyi ilə həyata keçirilib. Qeyd edək ki, yaradıcı heyətə xormeyster Xalq artisti, professor Gülbacı İmanova, Konsertmeyster Yuliya Kərimova, Xor üzrə konsertmeyster Nüşabə İsa daxildirlər. Solistlər qismində Əməkdar artistlər - Fəridə Məmmədova (Norma), Səbinə Əsədova (Adalciza), Anton Ferştandt (Orovez), həmçininOpera Studiyasının solisti Adil Axundov (Pollion), Solo oxuma kafedrasının tələbələri - Hidayət Əliyev (Flavio)və İslamə Abdullayeva (Klotilda) çıxış ediblər.

    Operanın yüksək virtuozluq tələb edən mürəkkəb musiqi parçalarıpeşəkar ifaçıların ifasında dinləyicilərin rəğbətini qazanıb. Operagurultulu alqışlarla təntənəli şəkildə sona yetib.

    Qeyd edək ki, konsertdə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı eləcə də bir sıra dövlət xadimləri və ziyalı şəxslər iştirak edib.