• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    2 fevral 2018-ci il

    2 fevral 2018-ci il tarixində Nəsimi rayon İcra Hakimiyyətində Gənclər gününə həsr olunmuş konsert həyata keçirilib.

    Tədbirdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Baku Chamber Orchestra” Gənclər Kamera Orkestri (bədii rəhbər: Azərbaycan və SSRİ xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, direktor: Azərbaycan Respublikasının xalq artisti, BMA-nın prorektoru, professor Yeganə Axundova, dirijor: Azərbaycan Respublikasının əməkdar artisti Fuad İbrahimov) ifasında A.Əlizadə "Cəngi", Q.Qarayev “2 rəqs” və Niyazi “Arzu” (Solist: Respublika müsabiqə laureatı Aydan Quliyeva) əsərləri yüksək səviyyədə ifa olunub.

    “2 fevral Gənclər Günü” münasibətilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən BMA-nın tələbələri Əlizadə Fuad Telman oğlu (magistr şöbəsinin fortepiano ixtisası üzrə I kurs tələbəsi (müəl.: prof.Y.Axundova)), Kazımova Sevinc İlqar qızı (Tarix-Nəzəriyyə fakültəsinin “Bəstəkarlıq” ixtisası üzrə IV kurs tələbəsi (müəl.: prof. C.Allahverdiyev)), Cəfərova Nigar Hüseyn qızı – (İfaçılıq fakültəsinin “Solo oxuma” II kurs tələbəsi (müəl.: prof.F.Qasımova)) diplomlarla təltif olunublar.