• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    2 fevral 2018-ci il

    2 fevral 2018-ci il tarixində Gənclər gününə həsr olunmuş tədbir keçirilib.

    Tədbirin konsert proqramında Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Baku Chamber Orchestra” Gənclər Kamera Orkestrinin (Bədii rəhbər: Azərbaycan və SSRİ xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, Dirijor: Azərbaycan Respublikasının əməkdar artisti Fuad İbrahimov) ifasında A.Əlizadə ("Cəngi"), V.A.Mosart (“Divertisment” I hissə), F.Əmirov (“1001 gecə” baletindən Şəhrizadın bayramı), Niyazinin (“Qaytağı”) əsərləri ifa olundu. Bunun ardınca Respublikanın əməkdar artistləri Elçin Həşimov, Elnur Əhmədov, Təyyar Bayramov, Beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Atabəy İsmayılov, Respublika müsabiqə laureatı Aydan Quliyeva, Mahir Tağızadə, Vüsal Aydəmirov, Ümidə Abasova, Respublika müsabiqələr laureatı Orxan Cəlilovun ifasında Niyazi (“Arzu”), E. de Kurtis (“Sorentoya qayıt”), V.Adıgözəlov (“Qərənfil”), F.Bədəlbəyli (“Dəniz”), C.Cahangirov (“Alagöz”), T.Quliyev (“Sevgi valsi”), A.Vivaldi (“İlin fəsilləri” konsertindən Yay), H.Rzayev (“Çahargah rapsodiyası”, “Qarabağ Şikəstəsi”), M.Maqomayevin (“Azərbaycan”) əsərləri peşəkarlıqla səslənib.

    “2 fevral Gənclər Günü” münasibətilə 2017-ci ildə uğurlu fəaliyyətinə görə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən BMA-nın tələbələri Hüseynov Orxan (“Simli alətlər” kafedrasının II kurs tələbəsi (müəl.: prof.N.Abbaszadə)), Ağarəhim Quliyev (“Nəfəs və zərb alətləri” kafedrasının I kurs tələbəsi (müəl.: prof. M.Ağamalızadə)) və həmçinin Aydan Həsənova (BMA-nın nəzdində yerləşən Opera Studiyasının solisti) diplomlarla təltif olunublar.

    Quliyev Ağarəhim Vaqif oğlu Mədəniyyət sahəsində xüsusi Fərqləndiyinə görə Gənclər ücün Prezident Mükafatı ilə təltif edilib.