• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    1 fevral 2018-ci il

    1 Fevral 2018-ci il tarixində Bakı Musiqi Akademiyasının Böyük zalında “Dövlət Proqramı Məzunlarının Musiqi Töhfəsi” adlı konserti keçirilib. 

    Gənclər Gününə həsr olunmuş konsertin məqsədi insanların gündəlik həyatına pozitiv notlar və emosiyalar ötürməkdir.  Konsertdə Dövlət Proqramı ilə təhsil almış məzunlar – Eldar Babayev, Anar Seyidov¬ (Beynəlxalq müsabiqə və festivalarının laureatı, Prezident təqaüdcüsü, P.I.Çaykovski adına Moskva Dövlət konservatoriyasının məzunu), Ceyla Seyidova (Beynəlxalq müsabiqə və festivalarının laureatı, Prezident təqaüdcüsü, Prezident Mükafatçısı, P.İ.Çaykovski adına Moskva Dövlət konservatoriyasının mezunu) və Səbinə Vəlibəyova (Beynəlxalq musabiqələr laureatı, P.İ.Çaykovski adına Moskva Dövlət konservatoriyasının məzunu) çıxış ediblər.

    İfaçıların ifasında E.Babayev  (“Once upon a time in Leeds”, “Sarı Gəlin”, “Novruz”; nağarada müşaiət edirdi - Əli Cəfərzade), “Bayatı Şiraz” improvizasiyası (tarda Agil Azizov, piano: Eldar Babayev)), Piazzolla (“Adios Nonino”, “Rio Sena”, “Vuelvo al Sur”, “Oblivion”), F.Əmirov (“Sevgi Rəqsi”), Glyukun (“Melodiya”, orqanda Pərvin Gafarli) əsərləri səsləndi. Həmçinin konsertdə Ü.Hacibəyli adına Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestri “Baku Chamber Orchestra” (dirijor: Azərbaycan Respublikasının əməkdar artisti Fuad İbrahimov) çıxış edib. Orkestrin ifasında Aqşin Əlizadə (“Cəngi”),  Eldar Babayev (“Çiçəyin Ətri” (Həsr olunub Aytəkin Həsənovaya)), Qara Qarayev (“İki Rəqs”), Niyazi (“Qaytağı”), C.Cahangirovun (“Alagöz”, solist: Respuplika müsabiqələr laureatı Orxan Cəlilov) əsərləri səslənib.