• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    18 yanvar 2018-ci il

    18 yanvar 2018-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kiçik zalında “Kamera ansamblı” kafedrasının konserti keçirilib.

    Konsertdə professor Telman Hacıyev, dosentlər Vaqif Hacıyev və Xavər Əhmədovanın sinfinin tələbələri iştirak ediblər. Bakalavr pilləsinin tələbələri Anar Hacıyev, Tağıyev Murad, Abbaszadə Elçin, Yusifov Yusif və magistr şöbəsinin tələbələri Babayeva Leyla, Əsgərli Arzu, Məmmədzadə İllər, Məhərrəmova Lalə, Əlizadə Fuad, Nuri Mətanət, Hüseynova Firəngiz, Rüstəmova Əminə, Arzumanzadə Mənzərin ifasında azərbaycan və xarici bəstəkarlarının əsərləri (L.V Bethoven sonata I hissə, T.Bakıxanov “Kipr mövzusu”nda bəstələdiyi Sonata, K.Xindemit sonata, Marcellon sonata, İ.Brams “Macar rəqsi”, R.Şuman romantik sonata I hissə) səslənib. İfaçılar musiqinin dərin mənalı məzmununu dinləyicilərə çatdıraraq, yüksək duyğular yarada bilmələri mürəkkəb ifaçılıq imkanlarının mahiyyətini açmağa nail olublar. Konsert proqramının rəngarəngliyi ifaçı gənclərin geniş intellekt və istedadlarından xəbər verirdi. Zəngin musiqi nümunələrinin tamaşaçı və dinləyicilərə böyük maraq, estetik zövq verərək gur alqışlarla qarşılandı.

    Qonaqlar sırasında dünya şöhrətli bəstəkar, prezident təqaüdçüsü, Azərbaycan Respublikasının xalq artisti Tofiq Bakıxanov zövq alaraq ifa olunan əsərləri və ifaçıları alqışlarla qarşılayıb.