• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    18 yanvar 2018-ci il

     18 yanvar 2018-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kiçik zalında Kamera ansamblı kafedrasının konserti keçirilib.

    Dosent Vaqif Hacıyevin magistr tələbələri Babayeva Leyla (f-no) və konsertmeyster Əhmədova Gülnarə (violino) L.Bethovenin sonatasının I hissəsinin dərin mənalı məzmununu dinləyicilərə çatdıraraq, yüksək duyğular yarada biliblər.

    Magistr Əsgərli Arzu (f-no) və Hüseynov İlkin (klarnet) T.Bakıxanovun “Kipr mövzusu”nda bəstələdiyi Sonatanı yüksək səviyyədə nümayiş etdiriblər. Dosent Xavər Əhmədovanın rəhbərlik etdiyi magistr tələbəsi Məmmədzadə İllər (f-no) və Tağıyev Murad (qoboy) K.Xindemitin sonatasının mürəkkəb ifaçılıq imkanlarının mahiyyətini açmağa nail olublar. Eyni zamanda magistr Məhərrəmova Lalə (f-no) və Abbaszadə Elçin (truba) Xindemitin truba üçün sonatasını layiqincə səsləndiriblər. Magistr tələbələri Əlizadə Fuad (f-no) və Nuri Mətanət (faqot) Marcellonun sonatasını bacarıqla ifa ediblər.

    Professor Telman Hacıyevin sinfini təmsil edən ifaçılar: magistr Hüseynova Firəngiz (f-no) və konsertmeyster Məmmədova Natavan (violino), Hacıyev Anar (marimbafon) və konsertmeyster Qarayusifli Tatyana (f-no), magistr Rüstəmova Əminə (f-no) və Əhmədova Gülnarə (violino) L.Bethovenin sonatasının I hissəsini, İ.Bramsın Macar rəqsini, R.Şumanın romantik sonatasının I hissəsini ifa edərək dinləyicilərə xüsusi zövq veriblər.

    Bu konsert iştirakçılarının eləcə də ifa olunan zəngin musiqi nümunələrinin tamaşaçı və dinləyicilərə böyük maraq, estetik zövq verməsi onların alqışlarına səbəb olub.

    Konsert proqramının rəngarəngliyi ifaçı gənclərin geniş intellekt və istedadlarından xəbər verirdi. Qonaqlar sırasında dünya şöhrətli bəstəkar, prezident təqaüdçüsü Azərbaycan Respublikasının xalq artisti Tofiq Bakıxanov zövq alaraq ifa olunan əsərləri və ifaçıları alqışlarla qarşılayıb.