• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    24 yanvar 2018-ci il

     

    24 yanvar 2018-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük zalında professor-müəllim və tələbə heyətinin iştirakı ilə “Nəfəs və zərb alətləri” kafedrasının professoru, Azərbaycan Respublikasının xalq artisti Müzəffər Ağamalızadənin sinif konserti keçirilib.

    Konsertdə BMA-nın tələbələri Xəyalə Cavadvənd (I kurs), Ağarəhim Quliyev (I kurs), Nərgiz Abdullayeva (II kurs), Fərid Əliyev (II kurs), Şeyda Ələsgərova (III kurs), Əmirli Nəzrin (III kurs), Həsənzadə Qüdrət (III kurs), konsertmeysterlər Rəhimə Qurbanova (II kurs), Fatimə Əliyeva (II kurs), Atabala Manafzadə (III kurs), Alp Əliyev (III kurs), Kəngərli Nərgiz və Fəqan Həsənlinin ifasında (F.Kuhlaun Grande Trio I hissə, Paul Taffanelin “Meditation”, Jack İbertin “Antract”, Astor Piazolla “Kafe 1930”, Leo Delibes “Flower duet”, Philip Canbert “Madrigal”, Jean Clar “Hipnosis”, Fr.Bornen “Carmen Fantaisie”, E.Bozzan “Aria”) əsərləri səsləndi. İfaçıların çıxışında əsərlərin yüksək ustalıqla dinləyicilərə çatdırılması, musiqi parçalarının emosinal gücünü olduğu kimi təqdim edilməsi əlbəttə ki, professorun pedaqoji fəaliyyətinin yüksək səviyyədə olmasından xəbər verir.

    Konsertin sonunda konsertmeyster Nərgiz Kəngərlinin ifasında F.Şopenin Etüdünün səslənməsi professora hədiyyə olundu.