• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    24 yanvar 2018-ci il

    Əlamətdar yubiley.

    2018-ci il yanvarın 24-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında Azərbaycanın əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, Bəstəkarlar İttifaqının üzvü, İxtisas fortepiano kafedrasının professoru, BMA-nın Orta ixtisas musiqi məktəb-studiyasının yaradıcısı və direktoru, Prezident təqaüdçüsü Tərlan Mir Əşrəf oğlu Seyidovun anadan olmasının 75 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilmişdir.

    BMA-nın rektoru, SSRİ və Azərbaycanın xalq artisti, professor Fərhad Bədəlbəyli böyük nitqlə çıxış etdi. Tərlan Seyidovun çoxsaylı nailiyyətlərindən danışarkən, o xüsusilə vurğuladı: «Tərlan Seyidovun Azərbaycan fortepiano sənətinin inkişafında qeyd etdiyim nailiyyətlərinin heç biri olmayıb, yalnız onun yaratdığı Məktəb-studiya olsaydı, yenə də onun adı bizim Azərbaycan fortepiano sənətinin tarixində qalacaqdı».

    Yubileydə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin elm, təhsil və gənclərə iş şöbəsinin müdiri, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Yaşar Əliyev, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, professor Zemfira Qafarova, Azərbaycan Milli Konservatoriyanın elmi işlər üzrə prorektoru professor Lalə Hüseynova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, Azərbaycanın əməkdar incəsənət xadimi dosent Kamilə Dadaşzadə, Azərbaycanın xalq artisti professor Ramiz Quliyev yubilyarı səmimi salamladılar və onun həyat və yaradıcılığı haqqında maraqlı çıxışlar etdilər.

    Sonra isə tədbir BMA-nın məktəb-studiyasının məzunları, hazırda isə tanınmış bəstəkar, ifaçı və dirijorların əməyi ilə hazırlanmış konsert proqramı ilə davam etdi. Proqramda şəxsən Tərlan Seyidova həsr olunmuş yeni əsərlər səsləndi.

    Konsert Azərbaycanın əməkdar artisti, dirijor və məktəb-studiyanın yetirməsi olan Fuad İbrahimovun rəhbərliyi ilə kamera orkestrinin musiqi təbriki ilə sona çatdı.