• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    29 dekabr 2017-ci il

    “Ulduzların” yeni il paradi. Bakı Musiqi Akademiyasının məktəb-studiyası Uşaq Musiqi Teatrının premyerası oldu.

    Üzeyir Hacıbəyli adına BMA-nın Orta ixtisas musiqi məktəb-studiyası 2018-ci ili yeni il hədiyyəsi ilə – “Ulduzlar enəndə” musiqili tamaşasının premyerası ilə qarşıladı. Bu ənənə ötən ili yeni tamaşa ilə tamamlamaq – hələ çoxdan yaranmışdır. Demək olar 40 il bundan əvvəl bədii rəhbər professor Tərlan Seyidov tərəfindən nəzərdə tutulmuş və yaradılmış məktəb-studiyanın Uşaq Musiqi Teatrı artıq bir yox, bir neçə nəsil gənc artistlər yetişdirmişdir. Əlamətdar hadisə odur ki, ifaçılarla birgə onların ustalığı, repertuarı və populyarlıqları da artmış olur.

    İlk dəfə olaraq yeni tamaşaya quruluş verənlər və oyunçular ənənəvi uşaq nağıl formasına (“Bremen musiqiçilər”) və ya musiqili-tarixi səyahətə (“Səni sevirəm, Xəzərim”) deyil, daha mürəkkəb musiqi formasına müraciət etmişlər ki, burada dünya şöhrətli ulduzların çıxışları məktəb-studiyanın istedadlı şagirdləri tərəfindən böyük təmtəraqla təqdim edilmişdir. Tamaşaçılar qarşısında yenə də hər kəs tərəfindən sevilən ötən illərin ifaçıları və onların ölməz hitləri yenidən səslənmişdir və bu sadəcə Maykl Cekson və ya Britni Spirs, Alla Puqaçova və ya Qloriya Geynor, Cennifer Lopes və ya Freddi Merkyuri və sairlərin imitasiya və parodiyaları deyildi. Bu, istedadlı ifaçılar tərəfindən dünya estradasının istedadlı ulduzlarının nümayişinin orijinal ifadə edilməsi üsulu idi. Burada hər bir şey nəzərə alınmışdır: gənclərin təmiz və gözəl vokal səsləri, gözəl plastik hərəkətləri, temperament, emosiyaların yüksəlmə dərəcəsi, jestlərin səciyyəviliyi. Bütün bu keyfiyyətləri birləşdirərək, onlar obrazları orijinal dəqiqliklə təkrarlayırdılar. Müxtəlif rəngarəng libaslar və işıqlı dekorasiyalar bayram əhval-ruhiyyəsinə parlaqlıq əlavə edirdi. Və hər nömrəni necə də gözəl balet müşayiət edirdi! Ən qəribəsi isə bu idi ki, yaşca daha böyük və dəfələrlə çıxış edən təcrübəli uşaqlarla yanaşı, kiçik yaşlı, bəlkə də tamaşada ilk dəfə çıxış edən körpələr belə səhnədə həm rəqs, həm vokal tapşırıqları çox dəqiqliklə və professional yerinə yetirirdilər ki, bunları da onlara müəllim və rəhbərləri öyrətmişdilər: quruluşçu rejissor Elvin Mirzəyev, musiqi rəhbəri Ofeliya Axundova, aparıcı Nigar Həsənzadə və əlbəttə ki, teatrin bədii rəhbəri, əməkdar incəsənət xadimi, professor T.Seyidov. Həvəsli və istedadlı uşaqlara və öz işlərinə sadiq olaraq onlar teatr üçün böyük güc və vaxt sərf etmiş olurlar və bilirlər ki, yalnız bu cür əbədi incəsənətə sadiq olan professionallar yetişdirmək olar.

    Təəccüblü deyil ki, onların şagirdləri tamaşaçıları öz çıxışları ilə inandırmışlar ki, onlar nəinki bu və ya digər dünya şöhrətli ulduzları təqlid edə bilər, həm də özləri müəyyən zaman kəsiyində incəsənətin zirvələrində yeni parlaq ulduzlara çevrilə bilərlər. Axı bu istedadlı uşaqlar musiqi teatrının həvəskarı olmaqla yanaşı məktəb-studiyada f-no, skripka, fleyta ifaçılığı üzrə çox çalışırlar, musiqi təlimi, solfecio, musiqi ədəbiyyatı və digər dərslərə gedirlər. Premyerada çıxış edən bütün iştirakçılar tərəfindən oxunan güclü-həssas, təsirli mahnı ilə – “Əlvida, uşaqlıq” – bu parlaq tamaşa tamamlandı.

    Bəli, uşaqlıq keçir, bir nəsil digərini əvəz edir... Lakin qalan gözəl məktəb-studiya, onun tərkibindəki möcüzəli usaq musiqili teatrıdır ki, o yaşayır, ildən ilə öz tamaşaçılarını yeni premyeralar ilə sevindirir.

    Deməli, ulduzlar sönmür. Onlar parlamaqda davam edir.

    Elmira MUSTAFAYEVA
    BMA-nın məktəb-studiyasının böyük elmi işçisi