• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    28 dekabr 2017-ci il

    28 dekabr Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Kiçik zalında “Kamera ansamblı” kafedrasının professorları K.Neymanova, F.Əhmədbəyova, M.Sadıqzadə və T.Babayevanın tələbələrindən ibarət sinif konserti keçirilmişdir.

    Konsertdə Sabah qrupu tələbələri Əzizov Cavid, Məmmədli Tutu, Həşimli Aytən, Rzayev Bahadur, Abdullayeva Firəngiz, Hüseynəliyeva Aytən, Cəbrayılova Məryəm, Xəlilov Əli,Ağayeva Mədinə, Ələkbərli Fidan, Manafzadə Atabala, Şıxəliyeva Ülviyyə, İbrahimova Aytən, Xuduzadə Təhminə, Aslanlı Nəzrin, Eyyubov Süleyman, Eminova Nərgiz, Qurbanova Rəhimə, Həsənzadə Qüdrət, Cavadi Lalə, Nəcəfquliyeva Kamilla, Ağazadə Şəms çıxış etmişdilər. Proqramda L.V.Bethoven, S.Raxmaninov, S.Frank, İ.Haydn, İ.Brams, Rakov əsərləri səslənmişdir.

    Bakı Musiqi Akademiyasının professor-müəllim heyəti və tələbələrinin iştirakı ilə keçirilən konsert çox yüksək səviyyədə başa çatmışdır.