• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    9 Yanvar 2018-ci il

    9 Yanvar 2018-ci il tarixində Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında III kurs tələbəsi, Respublika və Beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü, Gənclər mükafatçısı Atabala Manafzadənin solo konserti keçirilib.

    Professor Məmməd Quliyevin sinfində təhsil alan tələbə konsertdə ilk öncə S.Raxmaninov Op.23 Prelüdünü ifa edib. Bunun ardıca professor Məmməd Quliyevin müşayiəti ilə P.İ.Çaykovskinin 1№li konserti (I hissə) yüksək ustalıqla səslənib. Tələbənin peşəkar çıxışı zalda əyləşən bütün dinləyiciləri heyran edərək gur alqışlarnan sona çatıb.