27 dekabr 2017-ci il
27 dekabr 2017-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında “İxtisas Fortepiano” kafedrasının müdiri, Azərbaycan Respublikasının əməkdar artisti, professor Samirə Aşumova və tələbələrin iştirakı ilə Azərbaycan və SSRİ xalq artisti, professor Fərhad Bədəlbəylinin yubileyinə həsr olunmuş konsert təşkil olunub.
Konsert proqramında prezident təqaüdçüləri, gənclər mükafatçıları, Respublika və Beynəlxalq müsabiqələr laureatları iştirak ediblər. Tələbələr Hənifəyev Teymur, Abdullazadə Abbas, Aydəmirov Vüsal, Babayeva Vüsalə, Əlizadə Fuad, Manafzadə Atabala, Əzizov Ceyhun, Musazadə Maksud, Əliyeva Fatimeyi-Zəhra, Hacızadə Suada, Hacıyeva Günel, Behbudov Rəşid, İmanova Günel, Mirheydərzadə Fidan, Həşimli Aytən, Əhmədzadə Emil, Hüseynova Lalə, Ağayeva Mədinə, Ağəliyev Fərid, Eldarlı Gülnazın ifasında səslənən əsərlər dinləyicilərin marağına səbəb olub. Konsert çox yüksək səviyyədə keçərək tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.