• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    24 dekabr 2017-ci il

    Yeni il və Həmrəylik gününə həsr olunmuş “Gələcəyin ulduzları” adlı Konsert


    24 dekabr 2017–ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində fəaliyyət göstərən Opera Studiyasının səhnəsində Yeni il və Dünya Azəbaycanlıların Həmrəylik günü münasibəti ilə “Gələcəyin Ulduzları” adlı konsert keçirilib. Konsertin təşkilatçısı Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Simli alətlər” kafedrasının müəllimi, “Təcrübə və Konsert faliyyəti” sektor müdiri Anar Seyidov idi. Proqramda Q.Qarayev, T.Quliyev, V.Mustafazadə, F.Bədəlbəyli, C.Allahverdiyev, İ.Abdullayev, F.Şopen, S.Raxmaninov, A.Piazollanın əsərləri səslənib. Konsertdə Respublika və Beynəlxalq müsabiqələr laureatları, prezident təqaüdçüləri, prezident və gənclər mükafatçıları ifa ediblər.

    Seyidova Ceyla, Vəlibəyova Səbinə, Kazımova Ülviyyə, Kərimova Gülnarə, Aslanov Aslan, Babayeva Vüsalə, Hənifəyev Teymur, Bağırzadə Səid, Aydəmirov Vüsal, Əzizov Cavid, Hacızadə Suada, Əhmədzadə Emil, Şıxəliyeva Ülviyyə, Əliyeva Fatimeyi-Zəhra, Eldarlı Gülnaz, Mirheydərzadə Fidan, Həşimli Aytən, Hacıyeva Günel, Hüseynova Lalə, Ələkbərli Fəridə, Abdullayeva Nərmin, Əliyeva Aydan peşəkarlıqla ifa ediblər. Konsert proqramı rəngarəngliyi və solistlərin uğurlu ifaları ilə yaddaşlarda iz buraxıb. BMA-nın peşəkar müəlllimləri və tələbələri öz yüksək ustalıqlarını bir daha keçirtdikləri konsertə nümayiş etdiriblər. Kompozisiyaların gözəl xarakterli tematizmi, aydın emosionallığı, parlaq və əsl virtuoz tərzdə təqdim edilən konsert dinləyicilər tərəfdən maraq doğururdu.

    Tələbənin ifası əsərlərdə ideya və bədii məzmunu dərindən duyaraq çatdırmasından xəbər verirdi. Konsert çox yüksək səviyyədə keçdi və tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.