• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    20 dekabr 2017-ci il

    20 dekabr 2017-ci il tarixində Ş.Ələkbərova adına 20 №-li 11 illik musiqi məktəbində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının bəstəkarlıq kafedrasında Əməkdar İncəsənət xadimi, professor Aydın Əzimovun sinfində təhsil alan II kurs tələbəsi Sara Amirian Dilrubanın solo konserti keçirilib.

    Konsertdə gənc bəstəkarın əsərləri Violin-Əsmər Ələkbərli, Violoncel- Lətifzadə Rəsul, Fortepiano Sara Amirian Dilrubanın ifasında ( Fortepiano üçün variasiyalar, Violoncel və Fortepiano üçün duet, Violin və violoncel üçün 3 pyes, Fortepiano üçün 5 prelüd, Fortepiano üçün III hissəli Sonatina, Violin və Fortepiano üçün konsert pyesi, Fortepiano üçün Fuqetta, Violoncel üçün solo konsert, Viloncel, Violin və Fortepano üçün II hissəli Trio) əsərləri yüksək ustalıqla səslənib.

    Konsert maraqlı və yüksək səviyyədə keçib.