• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    26 dekabr 2017-ci il

    Professor Fərhad Bədəlbəylinin 70 illiyinə həsr olunmuş yubiley konserti

    XX əsrin sonu-XXI əsrin əvvəlində Azərbaycan musiqi mədəniyyətini Fərhad Şəmsi oğlu Bədəlbəylisiz təsəvvür etmək olmaz. Fərhad Bədəlbəyli Azərbaycan ictimaiyyətinin görkəmli nümayəndəsi olmaqla yanaşı öz peşəkar dühası ilə Azərbaycan musiqi mədəniyyətinin xəzinəsinə misilsiz töhfələri ilə seçilmiş bir şəxsiyyətdir. Bir çox titulların adlarını sadalamaq olar lakin, Fərhad Şəmsi oğlu Bədəlbəyli adının qarşısında ilk öncə dünya şöhrətli pianoçu adını vurğulamaq lazımdır. Hər tərəfli fəaliyyəti ilə bir çox sahələri özündə cəmləşdirən pedaqoqun gördüyü mühüm işlər olduqca önəmli musiqi irsi yaratmışdır. Bütün parlaq ifaları ilə daima rezonans doğuran pedaqoqun yaradıcılığı hər kəsə məlumdur.
    Azərbaycan musiqi mədəniyyətində pianoçuluq məktəbinin təbliğində daima çalışan Fərhad Bədəlbəylinin ifa etdiyi əsərlərin mürəkkəbliyinə baxmayaraq dinləyicilər tərəfindən hər zaman maraqla, heyranlıqla qarşılanması sözsüz ki, heç kimə şübhə deyil.
    Görkəmli rejissor Şəmsi Bədəlbəylinin ailəsində göz açan Fərhad Bədəlbəyli kiçik yaşlarından Azərbaycan musiqisininin inciləri olan Qara Qarayev, Fikrət Əmirov, Əfrasiyab Bədəlbəyli, Niyazi və digər bəstəkarların ətrafında yetişməsi əlbəttə ki, gələcəkdə peşəkar musiqiçi olmasına maraq doğurmuşdur.
    Elitar sənət olan pianoçuluq məktəbinin davamçısı Fərhad Bədəlbəylinin kiçik yaşlarından musiqi ilə məşğul olması, əlbəttəki pedaqoqun yüksək ifaçılıq bacarığı ilə yanaşı elmi biliklərinin olduğunu dəfələrlə sübut edir.
    Ziyalı ailənin mühitində yetişən pianoçunun gələcəkdə bu qədər uğur qazanması, fenomen ifaçı kimi tarixdə iz qoyması, hər zaman gənclər üçün bir nümunə olması, görkəmli şəxsiyyətin özündə formalaşdırdığı həm istedadı, həm də səhnə xarakteri ilə əlaqələndirmək olar.
    Öz parlaq nüfuzu ilə tanınan pedaqoqun zəngin musiqi irsi, bir-birindən maraqlı konsertlərdə ifa etdiyi müxtəlif janrlı musiqi əsərləri nəinki Azərbaycanda, həmçinin hüdüdlarında belə dinləyicilər tərəfindən rəğbətlə qarşılanır.
    Çıxış etdiyi bütün konsertlərdə kütləvi dinləyicilər tərəfindən heyranlıq doğuran pianoçunun fəaliyyətlərinə nəzər saldıqda onun Azərbaycan, rus və xarici bəstəkarların yaradıcılığına dərin maraq göstərməsi və ən mürəkkəb əsərləri öz ifası ilə yeni nəfəs verməsini görə bilərik.
    Fərhad Bədəlbəylinin yaradıcılıq fəaliyyətində ifaçılıq, bəstəkarlıq, rejissorluq, ictimai-siyasi və elmi-pedaqoji fəaliyyətləri üzvi vəhdət təşkil edir.
    Azərbaycan pianoçuluq məktəbinin inkişafında misilsiz xidməti olan professor M.R.Brennerin sinfində təhsil alan pianoçunun bacarıqlı, yüksək ifaçılıq qabiliyyətinə malik olması professorun nəzərindən qaçmamışdır. Məhz M.R.Brenner məktəbi keçmiş pedaqoqun bu məktəbi uğurla bitirməsi, gələcək ifaçılıq həyatında dönüş nöqtəsi olmuşdur.
    Təməl daşı dahi Ü.Hacıbəyli tərəfindən qoyulmuş Azərbaycan professional musiqisinin inkişafında müstəsna rolu ilə seçilən Fərhad Bədəlbəyli M.Brenner ənənələrinin layiqli davamçısıdır.
    Hər zaman öz peşəkar çıxışları ilə dinləyicilərin qəlbini fəth edən pianoçunun ifaçılıq texnikasının yüksək səviyyədə olması illərin zəhməti olduğunu bildirir.
    Azərbaycan və SSRİ xalq artisti, Dövlət mükafatı laureatı, Xalq artisti, professor Fərhad Bədəlbəylinin yaradıcılıq fəaliyyəti çoxşaxəlidir. Onun kiçik yaşlarından başlayaraq, bu günə kimi bütün həyatını piano ifaçılığına həsr etməsi, fitri istedadını dinləyicilərinə çatdırması bu yolda daima böyük uğurlar qazanmasına səbəb olmuşdur.
    Pedaqoqun yüksək səviyyəli təhsili, görkəmli müəllimlərdən dərs alması, beynəlxalq müsabiqələrdə daima uğur qazanması Fərhad Bədəlbəylinin istedadından xəbər verir.
    Ü.Hacıbəyli ocağında daima öz xidmətlərini gənclərin üsdündən əsirgəmiyən görkəmli şəxsiyyətin yetişdirdiyi xeyli sayda tələbələrinin respublikamızda və hüdudlarında möhtəşəm çıxışları, onların respublika və beynəxalq müsabiqələr laureatı olması, və Azərbaycan musqisinin layiqincə tərənnümü Fərhad Bədəlbəyli məktəbinin adı ilə bağlıdır.
    Pianoçuluqla yanaşı bəstəkarlıq yaradıcılığı ilə sıx bağlılığı olan pedaqoqun bu sahədədə yetərincə uğurlarını sadalamaq olar. Onun “Dəniz”, “Ave Maria”, “Vokaliz”, “Şuşa” və digər əsərləri Azərbaycan bəstəkarlıq məktəbinin layiqli nümunələridir.
    Fərhad Bədəlbəyli təkcə öz yaradıcılığı ilə deyil, bütün Azərbaycan musiqisinin inkişafı naminə çalışan bir şəxsiyyətdir. Onu peşəsinin dərin bilicisi, istedadı və xeyli sayda tələbə yetişdirməsi, pedaqoq kimi tanınması və bu məsuliyyətli yolda daima çalışması kimi tanıyır və dəyər verirlər. İşinə böyük məsuliyyətlə yanaşan məhşur pianoçunun əməksevərliyi bütün xalqın rəğbətini, sevgisini və hörmətini qazanmışıdır.
    Fərhad Bədəlbəyli nəinki pedaqoq həmçinin yüksək təşkilatçılıq qabiliyyəti ilə seçilən, ömrünü musiqimizin inkişafına sərf edən musiqi xadimidir.
    Öz xalqını daima sevən, bunu hər çıxış etdiyi konsert proqramlarında dilə gətirən, daima Qarabağda əsrarəngiz musiqilərimizin səslənməsini vurğulaya-vurğulaya bildirən pianoçunun tək arzusu Azərbaycan musiqisinin Qarabağda əbədiyən səslənməsidir.
    Biz inanırıq ki, Qarabağda sizin o sehirli ifalarınız daima səslənəcək, Qarabağ bir daha canlanaraq sizin ifalarınızı öz ağuşuna alacaqdır.
    Bildiyimiz kimi bu il görkəmli pianoçunun 70 illiyi tamam olur və bununla əlaqədar olaraq Fərhad Bədəlbəylinin yubileyi münasibətilə silsilə şəklində konsert proqramları təşkil olundu.
    25 dekabr 2017-ci il M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında maraqlı musiqi repertuarı dinləyicilərə təqdim olundu. Belə ki, Görkəmli pianoçu, bəstəkar, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ və Azərbaycan Xalq artisti, Dövlət mükafatı laureatı, “Şərəf” ordenli professor Fərhad Bədəlbəylinin 70 illik yubileyinə həsr olunmuş konsert proqramı təntənəli sürətdə açılış etdi.
    Hər zaman öz ifaları ilə rezanans doğuran pianoçunun növbəti dəfə zəngin musiqi repertuarı ilə dinləyicilərin qarşısına çıxması və səhnəni Xalq artistləri Yeganə Axundova, Murad Adıgözəlzadə və Murad Hüseynov ilə paylaşması konsertin möhtəşəmliyi ilə yadda qaldı.
    Elm, mədəniyyət və İncəsənət xadimlərinin iştirakı ilə keçirilən musiqi gecəsində tamaşaçıların alqışı sədası altında səhnəyə Xalq artisti, professor Fərhad Bədəlbəyli gələrək Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri ilə birlikdə (dirijor: Xalq artisti Yalçın Adığözəlov) C.Gerşvinin “Fortepiano və orkestr üçün konsert”ini ifa etdilər. Hər zaman olduğu kimi professional ifası ilə dinləyicilərini heyran qoyan pianoçu dirijor pultu arxasına keçərək “İlk dəfə tamaşaçı olaraq görkəmli pianoçunu dirijor kimi seyr etmək imkanı qazandım” ifadəsindən sonra professor dinləyicilərinə müraciət edərək “Yaşadığımız həyat boyu biz doğmalarımızı, əzizlərimizi və dostlarımızı itiririk”. Fərhad müəllim bu emosinal çıxışında valideyinlərini, ömürgün yoldaşı Nailə xanımı, yaxın dostlarını yad edərək “bu gün həmkarlarımla birlikdə sizə Petro Maskaninin əsəsrini yanımızda olmayan əzizlərimizə ithaf olaraq ifa edəcəyik” ifadəsindən sonra çıxışına keçdi.
    Fərhad Bədəlbəylinin dirijorluğu ilə P.Maskaninin “Kənd namusu” operasından “Payız gülləri” musiqi nömrəsi səsləndi. Əsərin emosional gücünü dinləyicilərə həssaslıqla çatdıran ifaçıların bir daha dinləyicilər tərəfindən gur alqışlarnan qarşılanmasına səbəb oldu.
    Xalq artistləri Yeganə Axundova və Murad Hüseynov səhnəyə çıxaraq yubilyar haqqında öz xoş ürək arzularını bildirdilər. Daha sonra öz ifalarında fransız bəstəkarı F.Pulenk yaradıcılığına müraciət edərək “İki fortepiano və orkestr üçün konsert” i yüksək ustalıqla ifa etdilər.
    Dəvam edən musiqi gecəsində dirijor Azərbaycan Respublikasının əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi ilə Xalq artistləri Fərhad Bədəlbəyli və Murad Adığözəlzadənin ifasında Sergery Raxmaninovun “İki fortepiano üçün 2 saylı süita”sının səslənməsi bütün dinləyicilərin rəğbətinə səbəb oldu.
    Peşəkar pianoçuların birgə iştirakı ilə keçirilən konsert proqramı hər zaman olduğu kimi zalda əyləşən bütün dinləyicilərini valeh etdi.
    Möhtəşəm keçən konsertdən sonra 26 dekabr 2017-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında Azərbaycan və SSRİ xalq artisti, Dövlət mükafatı laureatı, professor Fərhad Bədəlbəylinin 70 illik yubileyi münasibətilə elmi-praktiki konfrans keçirildi.
    Musiqi xadimlərinin, professor-müəllim və tələbələrin iştirakı ilə keçirilən elmi-praktiki konfransda ilk öncə Xalq artisti, professor Fərhad Bədəlbəyli haqqında video-çarx nümayiş olunaraq görkəmli pianoçunun həyat və yaradıclığını, pedaqoqun illər ərzində Azərbaycan musiqisində pianoçuluq məktəbinin inkişafında gördüyü misilsiz xidmətləri əks olundu.
    Elmi-praktiki konfransın davamında Elmi-tədqiqat və yaradıcılıq işləri üzrə prorektor, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə (“Fərhad Bədəlbəylinin elmi yaradıcılıq və ictimai fəaliyyəti”), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin rektoru, sənətşünaslıq üzrə elmlər doktoru, professor Fərəh Əliyeva (“Fərhad Bədəlbəyli-Şuşanın səsi”), Xalq yazıçısı Çingiz Abdullayevin çıxışı, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Alla Bayramova (“Fərhad Bədəlbəyli-muzey-arxiv materialları”), Əməkdar İncəsənət xadimi, pedoqogika üzrə fəlsəfə doktoru, Musiqi kollecinin müdiri, professor Nazim Kazımov (“Fərhad Bədəlbəyli haqqında düşüncələrim”), Azərbaycan Bəstəkarlar İttifaqının katibi, professor Zemfira Qafarova (“Fərhad Bədəlbəylinin çoxşaxəli yaradıcılığı haqqında düşüncələrim”), Qobustan toplusunun baş redaktoru Vaqif Əlixanlının çıxışı, Tədris işləri üzrə prorektor, professor, Azərbaycan respublikasının əməkdar müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru, professor Nərminə Quliyeva (“Fərhad Bədəlbəylinin portretinə ştrixlər”), professor, sənətşünaslıq doktoru, əməkdar incəsənət xadimi İmruz Əfəndiyeva (“Fərhad Bədəlbəylinin konsertmeysterlik fəaliyyəti”), Musiqi tarixi kafedrasının müdiri, professor, əməkdar müəllim, professor Ülviyyə İmanova (“Fərhad Bədəlbəylinin repertuarında Azərbaycan bəstəkarlarının əsəsrlərinə dair”), sənətşünaslıq namizədi, dosent Könül Hüseynova (“Fərhad Bədəlbəylinin ifaçılıq sənətinin xüsusiyyətləri”), “Şifahi-ənənəvi Azərbaycan musiqisinin tədqiqi və onun yeni istiqamətlərinin öyrənilməsi” elmi laboratoriyasının müdiri, sənətşünaslıq namizədi, dosent, Nuridə İsmayılzadə (“Böyük maarifçi Əfrasiyab Bədəlbəyli” kitabının təqdimatı) kimi musiqi sevərləri yaxından maraqlandıran məruzələr səsləndirildi.
    Konfransda Fərhad Bədəlbəylinin pianoçuluq məktəbi ilə yanaşı onun elmi sahəsindədə əvəzolunmaz fəaliyyətləri ilə bağlı məruzələrdə əks olundu. Çıxış edilən məruzələr sırasında iki nəhəng insanın fikirlərinin elmi şəkildə izahını yüksək qiymətləndirə bilən fikirlər irəli sürüldü. Elmi-tədqiqat və yaradıcılıq işləri üzrə prorektor, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə öz çıxışında qeyd etdi: “Elm sahəsində Fərhad müəllimin çox maraqlı nailiyyətləri var. Dünya şöhrətli alim Mirzəcanzadənin Fərhad Bədəlbəyli ilə dostluğu onların musiqi və digər elm sahələri ilə bağlılığı ideyası həmmüəllif halda “Музыкальная смесь” adlı kitab ilə nəticələndi. Bir çox maraqlı və məzmunlu kitab musiqi fənlərarası bir tədqiqat kimi oxuculara təqdim olundu. Burada çox maraqlı bir fikir irəli sürülür-keçmiş, müasir və gələcəyin musiqisi”.
    Elmi-praktiki konfransda pedaqoqların müxtəlif çalarlı məruzələrə müraciət etməsi və əhatəli çıxışlarınadan sonra konfrans dinləyicilərin qəlbini fəth edən musiqi nömrələri ilə əvəzləndi. Səhnəyə ilk öncə Respublikanın əməkdar artistləri Fəridə Məmmədova və Səbinə Əsədova çıxaraq yubilyarın bəstəkarlıq yaradıcılığına müraciət edərək “Ave Maria” əsərini yüksək ustalıqla ifa etdilər.
    Konfransın sonunda görkəmli bəstəkar Əfrasiyab Bədəlbəylinin yaradıcılığına müraciət olunaraq onun “Dumanlı Təbriz” pyesinə yazılmış mahnısını Ramiq Bayramovun ifasında səsləndi. (Müşayiət edir: tarda İlkin Yaqubov, kamançada Mərkəz Şuşalı) .
    Yubilyara həsr olunmuş növbəti konsert proqramı 26 dekabr 2017-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında təşkil olundu.
    Belə ki, SSRİ və Azərbaycanın Xalq artisti, Dövlət mükafatı laureatı, “Şərəf” və “İstiqlal” ordenli, professor, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Azərbaycan musiqi mədəniyyətində beynəlxalq nüfüz qazanmış, dünya şöhrətli pianoçu Fərhad Bədəlbəylinin 70 illiyinə həsr olunmuş yubiley gecəsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalına professor-müəllim, qonaqların və tələbələrin gur alıqışları ilə daxil olan cənab rektor giriş söz üçün öncə səhnəyə dəvət olundu. Onu sevənlərin qarşısında illər ərzində topladığı xoş xatirələri dinləyiciləri ilə paylaşması hər kəs üçün çox önəmli və dəyərli oldu.
    Bunun ardınca yubiley gecəsində ilk öncə Azərbaycan Təhsil Nazirliyinin müavini Ceyhun Bayramov səhnəyə dəvət olunaraq Xalq artisti, professor Fərhad Bədəlbəyli haqqında öz xoş ürək sözlərini dilə gətirərək pedaqoqun Azərbaycan musiqisinin bənzərsiz xidmətlərindən, onun parlaq yaradıcı-lığından söhbət açaraq Fərhad müəllimin nəinki Azərbaycanda hətta hüdudlarında belə Azərbaycan musiqisinin inkişafında, təbliğində misilsiz xidmətləri ətrafında öz çıxışını etdi.
    Daha sonra AzDMİU rektoru, sənətşünaslıq üzrə elmlər doktoru, professor, əməkdar incəsənət xadimi Fərəh Əliyeva və AMK rektoru, Xalq artisti, professor Siyavuş Kərimi çıxış edərək dünya şöhrətli pianoçu Fərhad Bədəlbəyli ilə gənclik xatirələrindən fikirlərini bölüşdülər.
    Bunun ardınca Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tədris İşləri üzrə birinci prorektoru, pedaqoji elmlər namizədi, Əməkdar müəllim professor Nərminə Quliyeva, Elmi işlər üzrə prorektor, Əməkdar İncəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Abdullazadə Gülnaz, Beynəlxalq Əlaqələr və Tərbiyə işləri üzrə prorektor, Xalq artisti, professor Yeganə Axundova, İnzibati və təsərrüfat işləri üzrə prorektor Fərəcov Tahir və Magistratura şöbəsinin dekanı, Elmlər doktoru, Əməkdar İncəsənət xadimi, professor Həsənova Şəhla, Fortepiano fakültəsinin dekanı, Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Rimazi Nəzakət, İfaçılıq fakültəsinin dekanı, Əməkdar İncəsənət xadimi, professor Abbaszadə Nəzmiyyə, Tarix-Nəzəriyyə fakültəsinin dekanı, sənətşünaslıq doktoru, professor Mahmudova Gülzar çıxışlarında Fərhad Bədəlbəyli ilə illər ərzində çiyin-çiyinə xoş münasibətlə bir ocağı paylaşmalarından, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının inkişafında birgə çalışmaqlarından və digər xatirələrindən söhbət açdılar. Bununla yanaşı Fərhad Bədəlbəylinin ünvanına xoş arzularını dilə gətirərək yubiley gecəsi konsert proqramı ilə davam etməyə başladı.
    Səhnəyə ilk öncə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Baku Chamber Orchestra” (Dirijor: Azərbaycan Respublikasının əməkdar artisti Fuad İbrahimov) müşayiəti ilə Əməkdar İncəsənət xadimi, professor Ülviyyə Hacıbəyova, Əməkdar müəllimlər, professorlar Məmməd Quliyev, Kəmalə Neymanova, müəllim Səidə Tağızadə ilə birgə ifasında İ.S.Bax 4 royal üçün konsert əsəri səsləndi.
    Bunun ardıca Respublikanın Xalq artistəri, professorlar Yeganə Axundova, Şəhla İbrahimova, Ramiz Quliyev, Rasim Abdullayev, Şükur Səmədov, Əməkdar İncəsənət xadimi, professor Ülviyyə Hacıbəyova, Respublikanın əməkdar artistləri, professorlar Töhfə Babayeva, Ceyhun Allahverdiyev, Gülnaz İsmayılova, Respublikanın əməkdar artistləri Səbinə Əsədova, Fəridə Məmmədova, İsfar Sarabski, Emil Əfrasiyab, Beynəlxalq müsabiqələr laureatları, BMA-nın professorları Nəzakət Rimazi, Elnarə Kəbirlinskaya, Maya Sadıxzadə və Məleykə Əhədzadə, baş müəllimlər Mina Aslanova və Lalə Muxtarova, Səbinə İbrahimova, beynəlxalq müsabiqələr laureatları Atabala Manafzadə, Ceyhun Əzizov və Ülviyyə Kazımova və həmçinin Ucal Məmmədxan, Bakı Musiqi Akademiyasının Lumineux vokal ansamblı (Bədii rəhbər və dirijor BMA-nın baş müəllimi Naala Barateliya), Ü.Hacıbəyli adına tələbə xorunun (Bədii rəhbər və dirijor Əməkdar İncəsənət xadimi, Xalq artisti, professor Gülbacı İmanova) ifasında (İ.S.Bax “4 royal üçün konsert”, T.Quliyev “Qaytağı”, A.Vivaldi “4 violin üçün konsert”, V.Adıgözəlov “Qərənfil”, S.Rüstəmov “Qaytağı”, Piyatsolo “İlin fəsilləri” silsiləsindən “Payız”, A.Rozenblatt “Karmen” mövzusunda fantaziya, F.Bədəlbəyli “Vokaliz” və “Şuşa”, C.Allahverdiyev “Eskizlər”, Ə.Bədəlbəyli “Dumanlı Təbriz” pyesindən “Qönçəgülün mahnısı”, K.Krautgartner “Klarnet və orkestr üçün konsertino”, Q.Qarayevin musiqisinə oda əsərlərini yüksək peşəkarlıqla səsləndirdilər. Konsertdə Sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın professoru Maya Qafarova tərəfindən Elmi laboratoriyanın nəzdində yaradılan milli alətlər ansambldan ibarət üçlüyün (Solist: III Muğam müsabiqəsinin laureatı Qızılgül Babayeva; müşayiət edirdilər: tarda İlkin Yaqubov, kamançada Mərkəz Şüşalı) çıxışı bütün dinləyicilərin marağına səbəb oldu.
    Yubiley gecəsində ən yadda qalan anlardan biri “Baku Chamber Orchestra” ifasında “Happy birthday” musiqi parçasının səslənməsi və professor-müəllim, qonaqların, tələbələrin gur alqışları ilə təntənəli sürətdə sona çatması oldu.
    Müraciət olunan rəngarəng və əsrarəngiz musiqi repertuarının dinləyicilər tərəfindən maraqla qarşılanması, sözsüz ki, Fərhad Bədəlbəyliyə qoyulan hörmətdən qaynaqlanır.
    Bildiyimiz kimi Fərhad Bədəlbəylinin 70 illik yubileyi ilə yanaşı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən pianoçunun yaradıcılıq və ictimai fəaliyyətində göstərdiyi şücaətlər yüksək səviyyədə qiymətləndirlərək “İstiqlal” ordeni ilə təltif olundu. Bu əlamətdar gün nəinki musiqisevərləri bununla yanaşı bütün Azərbaycan xalqının sevinc hissi ilə qarşılanmasına səbəb oldu.
    Sizi əlamətdar gün- 70 illik yubileyiniz münasibətilə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professor-müəllim və sizi sevən tələbələrin adından təbrik edirik. Sizə bu şərəfli yaradıcılıq yolunda uğurlar arzu edir və can sağlığı diləyirik. Hər zaman bu amalla yaşamağınıza, Azərbaycan musiqisinin inkişafında müstəsna rollarınızı, və yeni-yeni parlaq gənclərin yetişdirməyiniz yolunda müvəfəqiyyətlər arzu edirik.

     Musiqişünas Əhmədova Minacət