• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    21 dekabr 2017-ci il

    21 dekabr 2017-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Fortepiano, Orqan, Klavesin” kafedrasının hesabat konserti keçirilib.

    Professor-müəllim və tələbə heyətinin iştirakı ilə keçirilən konsert proqramında tələbələr Azərbaycan, rus və xarici bəstəkarların əsərlərinə müraciət edərək (İ.S.Bax-“Xoral” a-moll, P.Çaykovski “Oktyabr”, “Barkorola” və “Vals”, Tartini “Leyfant Treller”, Skryabin Etüd cis-mol, F.Kreysler “Prelüd və alleqro”, Lyadov “Baqatel”, T.Quliyev “İlk bahar”, A.Əliyeva “II Prelüd”, F.Şopen “Nokturn №2”, A.Vivaldi “Winter”, Q.Qarayev “Eskiz”, A.Məlikov “Pyes”,  L.Bethoven “14 sonata” I hissə, İ.Bax “Sarabanda”, T.Quliyev “Sənə də qalmaz” və s.) əsərlərini səsləndiriblər.

    Texniki baxımdan çətin və yüksək virtuozluq tələb edən əsərləri tələbələr olduqca peşəkarlıqla ifa ediblər. Konsert çox yüksək səviyyədə həyata keçib. Səslənən bütün ifalar dinləyicilərin marağına səbəb olub.